Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin helikopterləri Rusiyada meşə yanğınlarının söndürülməsi əməliyyatlarını davam etdirir

Rusiya ərazisində baş vermiş meşə yanğınlarının söndürülməsində kömək göstərilməsi məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə avqustun 4-də qonşu ölkəyə yola salınmış Fövqəladə Hallar Nazirliyinin iki helikopteri avqustun 5-də Ryazan şəhərinə çatmışdır.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, azərbaycanlı yanğınsöndürən-xilasedicilər dərhal "Mi-17-1V" və "Ka-32A" tipli helikopterlərlə Ryazan şəhəri ətrafında tüğyan edən meşə yanğınlarının söndürülməsinə başlamışlar.
Rusiya Fövqəladə Hallar Nazirliyi ilə əlaqəli şəkildə həyata keçirilən əməliyyatlar ilk müsbət nəticələrini vermiş və bir neçə yanğın ocağı qısa müddətdə söndürülmüşdür.
Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında