Mehdi Hüseynzadənin 95 illik yubileyi qeyd edilmişdir

 

 

Azərbaycan Hərb Tarixi Muzeyində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 95 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Rüfət Əmirov açaraq iştirakçıları salamladı. O, Azərbaycan xalqının qəhrəman övladı, Avropa müqavimət hərəkatının əfsanəvi iştirakçılarından olan “Mixaylo” ləqəbli Mehdi Hənifə oğlu Hüseynzadənin qəhrəmanlıqla dolu həyat yolundan  danışdı. R.Əmirov dedi ki, M.Hüseynzadənin şərəfli ömür yolu Vətəninin azadlığı uğrunda vuruşan hər bir vətəndaş üçün örnəkdir.

Natiq vurğuladı ki, Mehdi Hüseynzadə Vətəndən uzaqlarda - Adriatik dənizi sahillərində, İtaliya və Yuqoslaviyada partizan hərəkatında faşizmə qarşı mübarizədə cəsarətlə iştirak edərək xalqımızın adını ümumdünya antifaşist hərəkatının səhifələrinə şərəflə yazmışdır.

Tədbirin bədii hissəsində “Təxəllüsü Mixaylo” adlı sənədli film nümayiş etdiridi.

Tədbirdə Müdafiə Nazirliyinin, ali hərbi məktəblərin, hərbi hissələrin, Hərbi Akademiyanın, veteran şuralarının, veteran ailələrinin, şəhər muzeylərinin, həmçinin digər idarə və müəssisələrin iştirak etmişlər.

Tədbirdə muzeyin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nuru Məmmədov, elmi işlər üzrə rəis müavini Lalə Hüseynova qəhrəmanın şərəfli döyüş yoluyla bağlı çıxış etmişlər.

Qeyd olunmuşdur ki, Mehdi Hüseynzadə Böyük Vətən müharibəsi tarixində xüsusi xidmətləri olan azərbaycanlı qəhrəmanlardandır.

Qeyri-adi istedada, yüksək əxlaqi və iradi keyfiyyətlərə malik həmyerlimizə ölümündən 13 il sonra Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1969- cu ildə Azərbaycan hakimiyyətinə gəlişindən sonra doğma paytaxtımız Bakıda qəhrəmanın möhtəşəm abidəsi ucaldılmış, xatirəsi əbədiləşdirilmişdir.

Elçin ABBASOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında