Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Qarabağ müharibəsi veteranının ailə üzvlərini himayəyə götürmüşdür

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) II qrup Qarabağ müharibəsi əlili Zaur Həsən oğlu Həsənovun ailə üzvlərinin himayəyə götürülməsi haqqında qərar qəbul etmişdir.

AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov AzərTAc-a bildirmişdir ki, qurumun İcraiyyə Komitəsi Z.Həsənovun işsizliyini, ailə üzvlərinin sayının çox olmasını və maddi durumunun ağır olduğunu nəzərə alaraq Z.Həsənovun övladlarının yetkinlik yaşına çatanadək konfederasiya tərəfindən himayəyə götürülməsini və övladların hər birinə 300 manat məbləğində aylıq yardım verilməsini qərara almışdır. Z.Həsənovun sökülmüş obyektinə görə dəymiş ziyanı ödəmək üçün ona 100 min manat məbləğində maddi yardım edilir. Z.Həsənovun ölkə xaricində müalicəyə ehtiyacı olarsa bütün xərclər AHİK-in hesabına ödəniləcəkdir.

Qərarda deyilir ki, Z. Həsənov və onun həyat yoldaşı ehtiyac olduğu halda işlə təmin ediləcəkdir.

Qeyd edək ki, dekabrın 27-də Qarabağ müharibəsi veteranları nümayəndələrinin və Z.Həsənovun AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ilə görüşü olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında