Lerik rayonunda sahibkarlara diqqət və qayğı getdikcə artır

 

 

 

Ulu öndərimizin hakimiyyəti illərində  həmişə dağ rayonlarına, xüsusilə də Lerikə böyük diqqət göstərilib. Bunun nəticəsində rayonumuz sosial-iqtisadi və mədəni sahələrdə inkişaf edib. Xatırladım ki, Lerikə qaz xətti çəkilməsinin də ilk təşəbbüskarı dahi rəhbər olmuşdur.

Dövlət başçımız İlham Əliyev də prezidentlik fəaliyyətinin bütün dönəmlərində Lerikə daim qayğı ilə yanaşıb. Cənab Prezidentin rayonumuza gəlişi toy-bayrama çevrilib. Eyni zamanda, möhtərəm İlham Əliyevin Lerikə səfəri rayonun sosal-iqtisadi inkişafına müsbət təsir göstərib, yeni layihələrə start verilib.

Qeyd edim ki, ötən prezident seçkilərindən sonra Lerik şəhərində, kəndlərimizdə abadlıq işləri geniş vüsət alıb. Prezidentin qayğısı sayəsində Lerik-Kəlvəz yolu əsaslı təmir olunub. Bu gün asfalt yoldan 73 kəndin əhalisi istifadə edir. Yüklər və sərnişinlər rahat mənzil başına çatdırılır.

Seçkilər ərəfəsində Noda-Şingədulan-Xanəgah yolunun əsaslı təmiri barədə cənab Prezidentin sərəncam imzalaması leriklilər tərəfindən razılıqla qarşılanıb. Hazırda uzunluğu 36 kilometr olan yolda qızğın iş gedir. Əlli  kəndə xidmət edəcək yolun gələn il istifadəyə verilməsi nəzərdə tutulub.

Lerik şəhərinə çəkilən su kəməri, tikilən elektrik stansiyası, işə düşən broyler fabriki, turizm-istirahət mərkəzləri, məktəblər, inzibati binalar, yaraşıqlı evlər, küçələr və xiyabanlar ötən beş ilin yadigarları, möhtərəm Prezidentimiz  İlham Əliyevin qayğı və diqqətinin bariz ifadəsidir.

Burada bir məsələyə də toxunmaq istərdim. Prezident İlham Əliyev praqmatik siyasətçi kimi Azərbaycanın davamlı inkişafında, ölkədə ictimai-siyasi və makroiqtisadi sabitliyin təmin olunmasında, sosial məsələlərin həllində sahibkarların rolunu da düzgün dəyərləndirir. Azərbaycanda sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydaların əhəmiyyətli dərəcədə liberallaşdırılması, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmlərinin təkmilləşdirilməsi, ölkədə ixrac rüsumlarının ləğvi bunun bariz ifadəsidir. Rayonumuzun  sahibkarları,  iş adamları da  yaradılan əlverişli şəraitdən səmərəli şəkildə yararlanırlar. 

Fikrimin təsdiqi kimi diqqəti bir fakta yönəltmək istərdim. Bir müddət bundan əvvəl Masallının   Ərkivan qəsəbəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirildi. Tədbirə Lənkəran, Astara, Masallı, Yardımlı, Cəlilabad rayonlarının, eləcə də Lerikin  iş adamları, sahibkarlar dəvət olunmuşdular. Burada İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu  tərəfindən bir qrup sahibkara müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlər verildi. Bəli, bu, respublikamızda sahibkarlığın inkişafına necə qayğı göstərilməsinin bariz ifadəsidir. Burada fürsətdən istifadə edib, biz sahibkarlara həssaslıqla yanaşdığına görə,  iqtisadiyyat və sənaye naziri  Şahin Mustafayevə təşəkkür edirəm.

Dövlət başçısı İlham Əliyevin hökumətin iclasında vurğuladığı kimi, hazırda sahibkarlığın inkişafı ilə bağlı heç bir ciddi problem yoxdur. Sahibkarlar sinfi güclənir, formalaşır və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə hər il  iş adamlarına güzəştli kreditlər verilir.  Bu kreditlər hesabına  yeni iş yerləri açılır, insanların sosial şəraiti yaxşılaşır.

Son illərdə respublikamızın əldə etdiyi uğurlu nəticələrin arxasında Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasəti, elmi əsaslara və ölkəmizin mövcud potensialına söykənən inkişaf prioritetləri dayanır. Əminliklə demək olar ki, dövlət başçısının yürütdüyü bu iqtisadi siyasət nəticəsində respublikanın inkişaf tempi qarşıdakı aylarda da yüksələn xəttlə davam edəcək, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi sahəsində əlavə tədbirlər həyata keçiriləcəkdir.

 Gülab ABBASOV,

 Lerik rayonunun Rvarud kənd sakini,

 “ELAT MMC”-nin rəhbəri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında