Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu Rusiyaya, Şərqi Avropa və Asiyaya yayımlanan televiziya proqramı hazırlayır

Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu Ural, Uzaq Şərq, Sibir, habelə Şərqi Avropa və Mərkəzi Asiyaya yayımlanan proqram hazırlayır.
"Azərbaycana aparan yol" adlanan və rus dilində hazırlanan ilk teleproqram efirə avqustun 7-də çıxmış və hər həftə yayımlanacaqdır.
Proqramın əvvəlində ölkəmizin Yekaterinburqdakı baş konsulu Sultan Qasımov çıxış edərək proqramın məqsədlərindən və Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsində əhəmiyyətindən danışmışdır. O demişdir: "Bu proqramın hazırlanmasında məqsəd Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərini möhkəmlətmək, iqtisadi, mədəni əlaqələri, habelə humanitar sahədə, elm və texnika sahələrində münasibətləri inkişaf etdirməkdir". Onun sözlərinə görə, dövlətlərimizin regionları arasında əlaqələrə xüsusi diqqət yetirmək nəzərdə tutulmuşdur. Sultan Qasımov demişdir: "Veriliş Rusiya vətəndaşlarına Azərbaycan reallıqları barədə məlumat əldə etməkdə, xalqımızı, qədim adət və ənənələrimizi tanımaqda kömək edəcəkdir".
Sonra proqramda Azərbaycanın bu günü, görməli yerləri barədə söhbət açılmışdır. Layihənin müəllifləri ölkəmizin mənzərəli guşələrini, müasir göydələnlərini nümayiş etdirmişlər. Verilişdə Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq aləmdə fəaliyyəti, YUNESKO rəhbərliyi ilə görüşləri, habelə Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti və ölkədə humanitar sahədə həyata keçirilən genişmiqyaslı tədbirlərdən söhbət açılmışdır. Verilişdə Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalından söhbət açılmışdır.
"Azərbaycana aparan yol" proqramının növbəti buraxılışlarında Azərbaycanın tanınmış bəstəkarı və müğənnisi Polad Bülbüloğlunun yaradıcılığından danışılacaqdır. Onun "Məhəbbət və ölüm" baleti 2009-cu ilin iyununda Yekaterinburq Opera və Balet Teatrında səhnələşdirilmişdir. Gələcəkdə Azərbaycan mətbəxi, ölkəmizin turizm potensialı, konsert proqramları barədə söhbət açmaq nəzərdə tutulmuşdur.
Teleproqramı Sverdlovsk Akademik Musiqili Komediya Teatrının solisti, Rusiyanın əməkdar artisti, əslən Azərbaycandan olan Anatoli Brodski aparır.
Qeyd edək ki, Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun informasiya tərəfdaşı AzərTAc və Az.TV-dir.

{nl}

Asya HACIZADƏ AzərTAc -ın xüsusi müxbiri
Moskva

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında