Avropa Azərbaycan Cəmiyyəti tərəfindən xarici dillərdə yaradılmış internet resursları yeni konsepsiya və formatda təqdim olunmuşdur

 

Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən xarici dillərdə yaradılmış www.teas.eu və www.visions.az internet resursları Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində yeni konsepsiya və formatda təqdim olunmuşdur.

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən xəbərə görə, Azərbaycanın dünyada tanıdılması və beynəlxalq nüfuzunun artırılması işinə töhfə vermək məqsədilə yaradılan bu internet resurslarının formalaşdırılmasında Azərbaycanda 2013-cü ilin “İnformasiya kommunikasiya texnologiyaları ili” elan edilməsi də mühüm rol oynamışdır.

TEAS-ın internet informasiya portalı - www.teas.eu əsasən xarici auditoriya üçün ümumazərbaycan miqyaslı yenilənən informasiya bazası funksiyasını həyata keçirir. Portalda Azərbaycanın tarixi, mədəniyyəti, xarici siyasəti, iqtisadiyyatı, dövlətin taleyüklü problemi olan Dağlıq Qarabağ konfliktinə dair zəngin materiallar yerləşdirilmişdir. Materialların altı dildə - Azərbaycan, ingilis, rus, fransız, alman və türk dillərində təqdimatı onun istifadəçilərinin coğrafiyasını daha da genişləndirmişdir. Portalda yerləşdirilən onlayn videolar vasitəsilə dünya üzrə regionu yaxşı tanıyan siyasətçilərin, elm və mədəniyyət xadimlərinin Azərbaycan haqqında fikirləri ilə canlı tanış olmaq mümkündür. Məhz bunun nəticəsidir ki, TEAS-ın internet saytı dünyada Azərbaycan haqqında əsas informasiya bazalarından biri olmuşdur və geniş istifadəçilər şəbəkəsinə malikdir. Bu internet resursu daim yenilənir. Onun digər dillərdə təqdimatı da nəzərdə tutulur.

 Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması kimi qlobal vəzifənin həyata keçirilməsi sahəsində ingilisdilli informasiya bazası rolunu oynayan, TEAS tərəfindən 2006-cı ildən nəşr edilən “Vision of Azerbaijan” jurnalının internet səhifəsi - www.visions.az hazırda virtual məkanda ölkə haqqında ən böyük resursdur. Saytda “Aktual”, “Dağlıq Qarabağ”, “Diaspora”, “Tarix”, “Mədəniyyət”, “Ədəbiyyat”, “Ətraf mühit”, “Səyahət və turizm” və s. rubrikalar üzrə mindən artıq elmi-publisistik məqalə Azərbaycan haqqında obyektiv təəssürat yaradır. Saytdan istifadənin dinamikası sübut edir ki, o Azərbaycana dair akademik istiqamətli müraciətlər üzrə başlıca ingilisdilli resurslardan biridir.

TEAS informasiya texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi üzrə də hərtərəfli işlər aparır. Hazırda cəmiyyət tərəfindən Azərbaycanın dünyada tanıdılmasına xidmət edən daha iki layihə həyata keçirilməkdədir. Dağlıq Qarabağ münaqişəsi haqqında ingilis dilində yaradılacaq informasiya portalı bu mövzuda ən geniş internet resurslardan biri olacaq. “Virtual Azərbaycan Akademiyası” adlı daha bir internet portalının hazırlanması və istifadəçilərin ixtiyarına verilməsi də internet məkanında yeni hadisə olacaq. Bu sayt vasitəsilə diaspor və Azərbaycanla maraqlanan xaricilər Azərbaycan dili, tarixi və mədəniyyəti üzrə distant təhsil ala biləcəklər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında