“Azərsu” işçilərin sosial müdafiəsini gücləndirir

 

 

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində işçilərin maddi rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Həyata keçirilən sosial tədbirlər çərçivəsində səhmdar cəmiyyətdə  hazırlanmış “Motivasiya Proqramı”nın təqdimatı  keçirilmişdir. Müxtəlif təşkilatlardan və özəl şirkətlərdən 100-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə “Azərsu” ASC-nin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilmişdir. 

“Azərsu” ASC sədrinin müavini Mahir Məmmədov qonaqları salamlayaraq ölkəmizdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində görülən işlər barədə məlumat vermişdir. Ötən dövrdə bu sahədə reallaşdırılan layihələrin icrasında və qazanılan nailiyyətlərdə səhmdar cəmiyyətin hər bir üzvünün əməyini xüsusi qeyd edən M.Məmmədov işçilərin sosial rifahının yaxşılaşdırılmasının prioritet məqsədlərdən olduğunu xatırladaraq bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki,  təqdimatı keçirilən “Motivasiya Proqramı” “Azərsu” ASC-də işçilərin əməyinin yüksək qiymətləndirilməsinin nümunəsidir. Proqrama uyğun olaraq  sosial həyatın müxtəlif sahələrini təmsil edən  aparıcı şirkətlərlə yeni əməkdaşlığa başlanıldığını bildirən natiq bunun səmərəli olacağına əminliyini vurğulamışdır.

“Motivasiya Proqramı” barədə ətraflı məlumat verən səhmdar cəmiyyətin insan resurslarının idarə olunması şöbəsinin rəisi Rahid Fətəlizadə  hazırda ölkəmizdə həyata keçirilən ən böyük motivasiya layihələrindən olan  proqram çərçivəsində 100-dən çox şirkətlə əməkdaşlıq barədə   ilkin razılıq əldə edildiyini diqqətə çatdırmışdır.  Tədbirdə iştirak edən “Azərtürkbank” ASC, “Diaqnoz” Tibb Mərkəzi, Qafqaz Universiteti və Psixoloji Konsultasiya Mərkəzinin nümayəndələri “Azərsu” ASC  ilə “Motivasiya Proqramı” çərçivəsində əməkdaşlıqdan məmnunluqlarını bildirmiş,  səhmdar cəmiyyətin işçiləri üçün məhsulların satışında xüsusi güzəştlərin tətbiq ediləcəyini və yüksək səviyyədə xidmətlər göstəriləcəyini bildirmişlər.

M. YAQUBZADƏ,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında