Nərimanov rayonunda bayram şənliklərinə start verildi

 

 

 

 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə  Heydər Əliyev Fondunun təşəbbüsü və Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən dünənki şənliyin qonaqları rayon ərazisində yerləşə kor və zəif görən uşaqlar üçün 5 nömrəli respublika internat məktəbinin şagirdləri və psixonevroloji uşaq evində müalicə olunan balacalar oldular.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov uşaqları bayram münasibətilə təbrik edərək onlara  xoş arzularını çatdırdı. Ş.İbadov həmçinin uşaqlara, eləcə də gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan söhbət açdı, ölkə Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əqli və fiziki məhdudiyyətləri olan uşaqları daim diqqət mərkəzində saxladıqlarını  vurğuladı.

Bayram şənliyində  çıxış edən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev də balacalara qarşıdan gələn yeni ildə uğurlar və can sağlığı arzuladı. Natiq qeyd etdi ki, artıq neçə illərdir ki, hər ilin 31 dekabr günü ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyada yaşayan bütün azərbaycanlılar üçün böyük məna daşıyan bayram kimi qeyd edilir. Tədbirdə çıxış edən təhsil müəssisələrinin müəllimləri və valideynlər uşaqlara göstərdikləri qayğıya, onların sağlamlığı uğrunda sərf etdikləri əməyə görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, eləcə də balacalara sevinc bəxş edən  bayram şənliyini təşkil edən  Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürlərini bildirdilər, əqli və fiziki məhdudiyyətləri olan uşaqlar üçün yaradılan şəraitdən razılıqlarını ifadə etdilər.

Şənlikdə Şaxta baba, Qar qız, rəqs kollektivləri və klounların çıxışları uşaqların ürəyincə oldu.  Bayram  şənliyində maraqlı ədəbi-bədii kompozisiya, səhnəciklər nümayiş etdirildi, şən mahnılar və müxtəlif rəqslər ifa olundu. Öz bacarıqlarını nümayiş etdirən uşaqlar da bayramla əlaqədar şeirlər söylədilər, mahnılar  ifa etdilər. Maraqlı konsert proqramı ilə keçən şənlikdə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən uşaqlara hədiyyələr paylandı.

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında