Tehranda nəşr olunan “ECO HERITAGE” jurnalında “Azərbaycan Respublikası: sivilizasiyası və mədəniyyəti” sərlövhəli məqalə dərc edilmişdir

 

 

 

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT)  İranda nəşr olunan “ECO HERITAGE” jurnalında Azərbaycan Respublikasından bəhs edən məqalə dərc edilmişdir.

İƏT-in Mədəniyyət İnstitutunda ingilis dilində nəşr olunan jurnal həmin məqaləni “Azərbaycan Respublikası: sivilizasiyası və mədəniyyəti” sərlövhəsi altında təqdim etmişdir. Məqalədə xalqımızın dövlətçilik tarixi, maddi və qeyri-maddi irsi, adət-ənənələri, musiqi mədəniyyəti, ədəbiyyatı, qədim geyim formaları və s. mühüm məqamlar barədə ətraflı məlumat verilmişdir.

Jurnalın dörd səhifəsində yerləşdirilmiş məqalədə Qız qalası, Möminə Xatun türbəsi, Qobustan qayaları, nadir naxışları ilə seçilən qədim xalçalar, qədim və müasir musiqi növlərinə aid maraqlı izahlar əksini tapmışdır.

Bununla yanaşı, tarixi abidələrimiz və el sənətindən nümunələri əks etdirən rəngarəng fotolar da olduqca cəlbedicidir.

 

Sabir ŞAHTAXTI,

 AzərTAc-ın xüsusi müxbiri

Tehran

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında