AzərTAc-ın xüsusi müxbiri London Diplomatiya Akademiyasında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında danışmışdır

 

 

London Diplomatiya Akademiyasının müxtəlif ölkələrdən olan magistrantlarına “Mədəni maarifləndirmə” seminarı çərçivəsində təmsil etdikləri ölkənin tarixi, mədəniyyəti haqqında maarifləndirici məlumatlarla çıxış etmək imkanı yaradılmışdır.

AzərTAc-ın Böyük Britaniyadakı xüsusi müxbiri, akademiyanın magistrantı Orxan İsmayılov seminar çərçivəsində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı çıxış etmişdir. O.İsmayılov Həmrəylik Gününün tarixindən danışmışdır. O bildirmişdir ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilmişdir. Beləliklə, Heydər Əliyev dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasını dövlət siyasəti səviyyəsinə qaldırmışdır. Bir müddətdən sonra isə bu bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikasının Ali Sovetində qərar qəbul olunmuşdur.

Qeyd edilmişdir ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik Gününün qeyd edilməsi dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.

Diqqətə çatdırılmışdır ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Bütün dünyada azərbaycançılıq ideologiyası ilə yaşayan hər kəs bu günü qürurla qeyd edir.

Sonda O.İsmayılov akademiyanın rektoru, professor Josef Mifsuda və təşkilatçılara magistrantlara öz ölkələri haqqında məlumat vermək imkanı yaratdıqlarına görə AzərTAc-ın adından minnətdarlığını ifadə etmişdir.

AzərTAc-ın xüsusi müxbirinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqındakı məlumatı müxtəlif ölkələrdən olan magistrantlarda maraq doğurmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında