2014-cü ildə Azərbaycanda pensiyaların orta aylıq məbləği 10,8 faiz artacaq

 

 

 

2014-cü ildə Azərbaycanda pensiyaların orta aylıq məbləği 10,8 faiz artaraq 183 manata çatacaq. Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində demişdir.

E.Mehdiyev bildirmişdir ki, pensiyaların orta aylıq məbləği cari illə müqayisədə 10,8 faiz artaraq 183 manata, o cümlədən yaşa görə pensiya üzrə 11,9 faiz artaraq 186 manata, əlilliyə görə pensiya üzrə 8,6 faiz artaraq 132 manata, ailə başçısını itirməyə görə isə 10,4 faiz artaraq 131 manata çatacaq: “Nəticədə Azərbaycan Respublikası son 10 il üzrə pensiyaların artım dinamikasına görə MDB-də qabaqcıl mövqeyini 2014-cü ildə də saxlayacaqdır”.

DSMF sədri qeyd etmişdir ki, hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 128 ABŞ dollarıdır və bu, MDB məkanında Qazaxıstandakı 185 dollar və Belarusdakı 129 dollar səviyyəsindən sonra 3-cü göstəricidir. Bu məbləğ Rusiyada 108,7 dollar, Ukraynada isə 118,8 dollar təşkil edir. Son 10 ildə əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə, minimum məbləği 7,1 dəfə artıb ki, bu da MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti arasında ən yuxarı artımdır və bu göstərici üzrə ikinci yerdə qərarlaşmış Qazaxıstandan 1,4 dəfə yuxarıdır”.

Qeyd edək ki, bu gün Azərbaycanda əmək pensiyalarının baza məbləği 100 manat, orta aylıq məbləği isə 170 manat təşkil edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında