Bakı-sərnişin stansiyasından birbaşa və geriyə bilet satışı sisteminin tətbiqinə başlanılmışdır

Son illər "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamenti tərəfindən sərnişinlərə göstərilən xidmət mədəniyyəti səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir. Bunlardan biri də bilet kassalarında avtomatlaşdırılmış bilet satışı sisteminin tətbiq edilməsidir.
Bilet satışı texnologiyasının kom - pyuterləşdirilməsi və AİS "Ekspress-AZ" sisteminin genişləndirilməsi proqramına uyğun olaraq, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun müvafiq əmri ilə respublikanın qərb zonasındakı stansiyalarda fəaliyyət göstərən bütün bilet kassalarında beynəlxalq internet şəbəkəsinə qoşulmuş kompyuter proqramı tətbiq olunmuşdur. Bu proqramın tətbiqi ilə qərb bölgəsi üzrə hər bir kassa üçün əvvəlcədən ayrılmış yerlərin birbaşa və geriyə satışına, boş yerlərin birləşmiş yol bürosu vasitəsilə sonrakı stansiyalara ötürülməsinə, eyni zamanda sərnişin sıxlığına operativ nəzarət olunur.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədovdan aldığımız məlumata görə, bilet satışı texnologiyasını daha da təkmilləşdirmək, onun beynəlxalq internet şəbəkəsi vasitəsilə bir mərkəzdən idarə olunmasını təmin etmək, eyni zamanda sərnişinlərə göstərilən xidmətin səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi ilə Bakı sərnişin stansiyasında mərkəzi məlumat bazası yaradılmışdır. 5 avqust 2010-cu ildən etibarən Bakı-sərnişin stansiyası, Gəncə vağzalı və respublikanın qərb zonasındakı stansiyalarda fəaliyyət göstərən bütün bilet kassalarında bilet satışı mərkəzi məlumat bazasından istifadə etməklə tətbiq olunur.
Eyni zamanda, həmin tarixdən respublikanın qərb zonasında kompyuter quraşdırılmış xətti stansiya və bilet kassalarına satış üçün ayrılmış yerlər ləğv olunaraq mərkəzi məlumat bazasına daxil edilmişdir. Mərkəzi məlumat bazasının yaradılması ilə əlaqədar xətti stansiyalar üçün ayrılmış bron yerlər də ləğv olunmuşdur.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında