Azərbaycan ilə Tacikistan arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilmişdir

 

 

Tacikistanın xarici işlər naziri Sirociddin Aslov Azərbaycanın bu ölkədəki səfiri Abbasəli

Həsənov ilə görüşmüşdür.

Abbasəli Həsənov Sirociddin Aslovu bu vəzifəyə təyin olunması münasibətilə təbrik etmişdir. O, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bununla əlaqədar təbrik və ölkəmizə dəvət məktubunu S.Aslova təqdim etmişdir.

Tacikistanlı nazir təbrikə görə minnətdarlığını bildirmişdir. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətini yüksək qiymətləndirmiş, bu işdə daha böyük uğurlar arzulamışdır.

Səfir 2013-cü ildə ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar həyata keçirilən tədbirlər haqqında məlumat vermiş, 2014-cü ildə qarşıda duran vəzifələrdən danışmışdır. O demişdir ki, bu il Düşənbə şəhərində, Xatlon, Soqd, Dağ Bədəxşan vilayətlərində Azərbaycan xanəndələrinin iştirakı ilə 13 konsert proqramı təşkil edilmiş, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin Şərqin ilk operası olan “Leyli və Məcnun” əsəri Azərbaycan və tacik aktyorlarının ifasında Düşənbədə tamaşaya qoyulmuşdur.

Tərəflər ölkələrimiz arasında imzalanmış sənədlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd etmişlər. Həmçinin Düşənbə ilə Bakı arasında birbaşa hava reysinin bərpa olunmasının, Azərbaycanın və Tacikistanın müvafiq qurumlarının təcrübə mübadiləsi aparmasının vacibliyi vurğulanmışdır.

S.Aslov ulu öndər Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı xidmətlərindən söhbət açmış, onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlərdən danışmışdır. O bildirmişdir ki, Azərbaycanın sürətli inkişafı onunla dost ölkələrin, o cümlədən Tacikistanın da inkişafı deməkdir. Nazir Azərbaycanın Tacikistan iqtisadiyyatına sərmayə yatırması istiqamətində konkret addımların atılmasının önəmini bildirmişdir. O, ölkələrimiz arasında iqtisadi, elmi-mədəni, humanitar və s. sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi haqqında söhbət açmış, mövcud potensialdan istifadə edilməsinin zəruriliyini vurğulamışdır.

A.Həsənov S.Aslova və Tacikistan Xarici İşlər Nazirliyinin kitabxanasına tanınmış Azərbaycan jurnalisti Elmira Axundovanın səfirliyin təşəbbüsü ilə tacik dilində çap olunmuş 6 cildlik “Heydər Əliyev: Şəxsiyyət və zaman” və Nikolay Zinkeviçin “Həyatın kəşməkəşləri” kitablarını hədiyyə etmişdir.

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri

Düşənbə

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında