Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxanda yeni uşaq bağçasının təməli qoyulmuşdur

 

 

Dekabrın 20-də Rusiyanın Həştərxan şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla

Əliyevanın iştirakı ilə yeni uşaq bağçasının

təməlqoyma mərasimi keçirilmişdir.

Şəhərin Bakinskaya küçəsində, Heydər Əliyev adına məktəblə üzbəüz yerləşəcək yeni uşaq bağçası Heydər Əliyev Fondunun dəstəyi ilə tikiləcəkdir.

Təməlqoyma mərasimindən sonra Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Həştərxan bölməsinin nümayəndələri ilə görüşmüşdür.

RAGB-in Həştərxan bölməsinin rəhbəri Elvin Hüseynov gənclər təşkilatının Həştərxanda fəaliyyəti barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, Həştərxan Vilayət Qubernatoru Administrasiyası bu bölməni vilayətdə ən yaxşı gənclər təşkilatı seçmişdir. Onun sözlərinə görə, RAGB-in Həştərxan bölməsi “Mersi Baku” adlı Şən və Hazırcavablar Klubu (ŞHK) yaratmışdır. Bölmə vilayətdə müxtəlif mədəni, idman və elmi tədbirlərin təşkilində fəal iştirak edir.

Sonra Heydər Əliyev adına məktəbdə müəllimlər və şagirdlərlə görüş olmuşdur. Məktəbin direktoru Tatyana Tixomirova Heydər Əliyev Fondu tərəfindən bu məktəbə göstərilən diqqətə görə təşəkkürünü bildirmişdir.

T. Tixomirova vurğulamışdır ki, Heydər Əliyev adına orta məktəb hazırda Həştərxan vilayətində qabaqcıl təhsil ocaqlarından biridir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qeyd etmişdir ki, son illərdə Heydər Əliyev Fondu Həştərxanda bir sıra iri layihələr həyata keçirmişdir. O vurğulamışdır ki, fond təhsilin inkişafına xüsusi diqqət yetirir. Fond bir sıra ölkələrdə, o cümlədən Rusiyada bir neçə təhsil layihəsi həyata keçirmişdir. Leyla Əliyeva Azərbaycan-Rusiya əlaqələrinin möhkəmlənməsində gənclərin də böyük rol oynadığını qeyd etmişdir.

Sonra ilin ən yaxşı müəllimləri və şagirdləri təltif edilmişdir. Məktəbə Heydər Əliyev Fondu adından hədiyyələr təqdim olunmuşdur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında