Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxanda tikilmiş “Meçta” uşaq kafesinin açılışı olmuşdur

 

 

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla

Əliyevanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin iştirakı ilə keçirilən tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiyanın Həştərxan şəhərində tikilmiş “Meçta” uşaq kafesinin dekabrın 20-də açılışı olmuşdur.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin kafenin rəmzi açılışını bildirən lenti kəsmişlər. Uşaqlara yeni il hədiyyələri təqdim edilmişdir.

Kafe Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş uşaq şəhərciyinin yaxınlığında yerləşir. Uşaq şəhərciyinin açılışı 2012-ci il sentyabrın 12-də olmuşdur. Həmin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişdi.

Ümumi sahəsi 1200 kvadratmetrə yaxın olan şəhərcikdə yeddi böyük və bir neçə kiçik attraksion quraşdırılmışdır. Uşaqların təhlükəsizliyi üçün zəruri şərait yaradılmışdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında