Tiraja 5 gün qalıb...

 

 

 

 

 

Lotereyasevərlər haqlı olaraq 2013-cü ili “rekordlar ili” adlandırırlar. İlin əvvəlində Azərbaycanda lotereyaların keçirildiyi bütün illər ərzində ən böyük uduş qeydə alındı. Yanvarın 24-də “Space” telekanalını canlı yayımda izləyən çoxsaylı tamaşaçılar “6/40" lotereyasında 149 min 745 manat məbləğində rekord uduşun şahidləri oldular. İlin ilk uduş rekordu Gəncə şəhər sakini İlham Məmmədova nəsib oldu. İlin ilk yarısı daha bir rekord uduşla başa çatdı və bu rekord da qədim Gəncədə iyun ayında qeydə alındı: Sahib Əliyev “5/36” lotereyasında 161 min 490 manat məbləğində “Cek Pot”u uddu.

Tezliklə uduşların məbləği ilə deyil, sayı ilə bağlı rekord qeydə alındı. Avqustun əvvəlində, hərəyə 69 min 338 manat qazanan Ağdam sakini Quliyev Hatəmin və Quba sakini Nöhbalıyeva Fərqanənın şərikli udduğu uduşun ardınca, eyni lotereyada daha 3 dəfə “Cek Pot” uduldu. Ümumiyyətlə, avqust ayı ərzində təkcə “5/36” lotereyasının “Cek Pot”u 4 dəfə uduldu! “Binqo” lotereyasında udulan “Cek Pot” Nefçala sakini Əliağa Həşimov və Zaqatala sakini Yahya Qurbanovun hər birinə 25 min 520 manat qazandırdı. Lotereya həvəskarları üçün ən yadda qalan ay isə 2013-cü ilin sentyabrı oldu. Sentyabrın 16-da “Space” TV tamaşaçıları canlı yayımda Azərbaycan lotereya oyunları tarixində ən böyük uduşun şahidi oldular. Bakı şəhər sakini Siyavuş Məmmədsalahov 439 min 135 manat məbləğində “Cek Pot”a (“6/40” lotereyası) sahib oldu. Noyabrın 26-da isə ölkə lotereya tarixində ikinci ən böyük uduş- 213 min 400 manat məbləğində uduş qeydə alındı.

İlin yekunlarından danışarkən, bir neçə rəqəmə diqqət yetirdikdə, yaxşı mənada, təəccüblənməmək olmur. İlin əvvəlindən bəri, on minlərlə xırda və orta məbləğli (o cümlədən, 10000 manata qədər) uduşlar nəzərə alınmadan, iri uduşların ümumi məbləği bir neçə milyon manat təşkil edir. Yalnız bu yazıda sadaladığımız 4 rekord uduşun ümumi məbləği 963 min 770 manatdır. İlin əvvəlindən bəri “Azərlotereya” ASC-nin təşkil etdiyi lotereyalarda yüzdən çox iştirakçı “Nissan Sunny”, “Chevrolet Aveo” və “Kia Rio” avtomobilləri udmuşlar. Oyunların təşkili və keçirilməsində obyektivlik və şəffaflıq prinsiplərinə daim sadiq olan “Azərlotereya” ASC iri uduş sahibləri haqda lotereya həvəskarlarını televiziya, internet və mətbuat vasitələri ilə müntəzəm olaraq məlumatlandırmışdır.

Lotereyalardan danışarkən, xüsusi mövsümi oyunları qeyd etməmək olmur. Bu il “Binqo+8”, “Bahar sevincləri”, “May sevincləri”, “Qızıl Payız” kimi lotereyaların qalibləri “Jeep Cheroke Sport”, “Nissan Juke”, “Kia Rio” və “Chevrolet Aveo” kimi 15 ədəd avtomobilə sahib olmuşlar. Bu tipli lotereyalar üzrə ilin uduş limiti hələ bitməyib və ilin sonunadək lotereya həvəskarlarını daha 9 avtomobil, o cümlədən, dekabrın 25-də “Qış Möcüzəsi” lotereyasından 100 faiz uduşlu “Hyundai Sonata” və “Hyundai Accent”; dekabrın 27-də “Yeni il sevincləri” lotereyasından 100 faiz uduşlu “Kia Sportage” və “Kia Rio”, dekabrın 30-da isə “Super Binqo” lotereyasından 5 ədəd “Chevrolet Aveo” avtomobili gözləyir. 2013-cü ildən öz uduş payınızı almağa tələsin. Tiraja isə 5 gün qalır...

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında