“İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət”

 

 

 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi konfransda bu mövzu ilə bağlı ölkəmizdəki durum, normativ hüquqi baza, beynəlxalq təcrübə və digər maraq doğuran məsələlər diqqət mərkəzində oldu.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli media təmsilçilərinin sərbəst, maneəsiz informasiya əldə etməsi ilə bağlı rəhbərlik etdiyi qurumun həyata keçirdiyi hüquqi- maarifləndirici tədbirlər barədə məlumat verdi. O, bu yöndə qarşıda duran zəruri vəzifələrin gündəmə gətirilməsi üçün iştirakçıları fəal diskussiyaya dəvət etdi.

Azərbaycan Respublikasının ombudsmanı Elmira Süleymanova ölkəmizdə informasiya ombudsmanı fəaliyyətinin qurulması yönündə görülmüş işlər barədə məlumat verdi. Ombudsman KİV təmsilçilərinin timsalında cəmiyyətin azad informasiya əldə etməsinə hər hansı əngəl yaradılmasının yolverilməz olduğunu vurğuladı.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ölkədə İKT-nin sürətli inkişafının, elektron hökumətin, asan xidmətlərin yaradılmasının vətəndaşların məlumat əldə etmək imkanlarını genişləndirməsi və bunlardan səmərəli istifadə edilməsi ilə bağlı mülahizələrini açıqladı.

Milli Məclisin deputatı Fazil Qəzənfəroğlu demokratik cəmiyyətdə söz azadlığı hüququnun tərkib hissəsi olan məlumat əldə etmək sərbəstliyi və bu sahədə ölkə qanunvericiliyi barədə məlumat verdi. Millət vəkili qanunların işləkliyini, medianın və vətəndaşların fəallığını artırmaqla cəmiyyətdə informasiya bolluğu yaradılması ilə bağlı mülahizələrini söylədi.

Qeyri-Hökumət Təşkilatları Forumu İdarə Heyətinin sədri Aydın Kərimov informasiya əldə etmək azadlığının gerçəkləşməsi sahəsində uğurlar və neqativ hallar barədə geniş açıqlama verdi. Hüquqşünas insan hüquqlarının bu mühüm yönündə maarifləndirmə işlərinin əhəmiyyətini vurğuladı.

Hüquqşünas-ekspert Ələsgər Məmmədli, Ombudsman aparatının şöbə müdiri Zaur Əliyev və digər natiqlər informasiya əldə etmək hüququnun təmin edilməsində məlumat verənlə informasiya alanın qarşılıqlı münasibətlərinin ahəngdarlaşması ilə əlaqədar beynəlxalq təcrübə və ölkədaxili durumdan söhbət açdılar.

Konfransın sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı. İştirakçılara KİVDF-nin nəşr etdirdiyi “İnformasiya əldə etmək haqqında qanunvericilik” toplusu təqdim olundu.

R. TAHİR,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında