Almaniyanın “Diplomatisches Magazin” jurnalında “Azərbaycan 2013 prezident seçkilərindən sonra: Xəzərin qoynunda dayanaqlı iqtisadi inkişaf davam edir” sərlövhəli məqalə dərc olunmuşdur

 

 

 

Almaniyanın “Diplomatisches Magazin” jurnalının dekabr buraxılışında Berlin Azad Universitetinin Xəzər regionunun öyrənilməsi üzrə tədqiqat mərkəzinin assosiativ üzvü, alman politoloqu Matthias Dornfeldin “Azərbaycan 2013 prezident seçkilərindən sonra: Xəzərin qoynunda dayanaqlı iqtisadi inkişaf davam edir” sərlövhəli məqaləsi dərc olunmuşdur.

Məqalədə bildirilir ki, zəngin karbohidrogen ehtiyatlarına malik olan Azərbaycan balanslaşdırılmış və strateji enerji siyasəti, iqtisadiyyatın şaxələndirilməsi, həmçinin rəsmi Bakının planlı şəkildə həyata keçirdiyi iqtisadi islahatlar sayəsində Cənubi Qafqaz regionunun ən güclü və inkişaf etmiş dövlətinə çevrilmişdir. Müəllif xatırladır ki, SSRİ-nin süqutundan sonra daxili siyasi böhran və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin iqtisadiyyatı çox geridə qalmışdı. Lakin qısa zaman kəsiyində ölkə iqtisadiyyatı əhəmiyyətli dərəcədə dirçəlişə nail oldu. Məqalədə hazırda Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti nəticəsində region ölkələri və dünyanın super dövlətləri ilə düzgün münasibətlərin qurulduğu xüsusi qeyd olunur.

Yazıda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminindəki rolundan, ölkəmizin təşəbbüsü və iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi uğurlu layihələrin həyata keçirilməsindən söhbət açılır, “Cənub” qaz dəhlizinin geostrateji əhəmiyyəti vurğulanır. Trans-Adriatik Boru Kəməri (TAP) və Trans-Anadolu qaz boru kəməri (TANAP) layihələrinin istifadəyə verilməsindən sonra isə Azərbaycan təbii qazının əhəmiyyətli hissəsinin Avropanın daxili bazarına çıxacağı diqqətə çatdırılır. Məqalədə bildirilir ki, ölkənin güclü iqtisadi təməli siyasi sabitliyin təmin olunmasını və xarici siyasət prioritetlərinin həyata keçirilməsini şərtləndirir. Müəllif əlavə edir ki, bütün bu nailiyyətlər son dövrlərdə Azərbaycan hökuməti tərəfindən əldə olunmuşdur.

Ölkədə keçirilmiş növbəti prezident seçkilərindən söz açan alman politoloq Matthias Dornfeld seçkilərin yüksək səviyyədə təşkil olunduğunu, demokratik və şəffaf mühitdə keçirildiyini qeyd edir. Müəllif diqqətə çatdırır ki, bu fakt beynəlxalq müşahidəçilərin açıqlamalarında və yekun məruzələrində də əksini tapmışdır. Məqalədə deyilir: “Mütləq səs çoxluğu ilə üçüncü dəfə Azərbaycanın Prezidenti seçilmiş İlham Əliyev bununla səmərəli iqtisadi və xarici siyasətin davam etdirilməsi üçün xalqının etimadını qazanmışdır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında