Yeni yol ötürücüsü inşa edilir Sumqayıt-Bakı və Bakı-Sumqayıt istiqamətində yaranan tıxacların aradan qaldırılması üçün tədbirlər davam etdirilir.

 

 

 

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, Bakı-Quba yolunun 7-10-cu kilometr sahəsində tıxacların aradan qaldırılması üçün əlavə tədbirlər görülür.

Artıq Bakı-Quba yolunun 9-cu kilometrində, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında dəmiryol üzərində mövcud yol ötürücüsünün yanında inşa edilən 4 aşırımlı yolötürücüsünün tikintisi başa çatdırılıb. Hazırda istinad divarları və yanaşma yolları inşa olunur.

P.Mürsəliyev bildirib ki, inşa olunan yanaşma yolları yol ötürücüsündən Beynəlxalq Avtovağzala, oradan isə Beynəlxalq Atıcılıq Federasiyasının bazasına qədər davam edəcək.

Eyni zamanda, Bakıdan  Sumqayıta gedən istiqamətdə - Biləcəri hissəsində yeni ötürücü inşa olunur. Yol ötürücüsünün yanaşma yolları yeni inşa olunan piyada keçidinə qədər davam edəcək. Onun yan hissəsində dairəvi hərəkət nəzərdə tutulur ki, bu da avtomobillərin istənilən istiqamətə hərəkətini təmin edəcək. Bununla da avtomobillərin normal hərəkəti təmin olunacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında