Azərbaycan və Belarus arasında hüquqi sahədə əməkdaşlıq inkişaf edir

 

 

 

Respublikamız tərəfindən xarici ölkələr, o cümlədən Belarus ilə hüquqi sahədə əməkdaşlığın inkişafına mühüm önəm verilir. 1999-cu ildə iki ölkənin ədliyyə nazirlikləri arasında, 2012-ci ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin Belarus Respublikasına səfəri zamanı məhkəmə ekspertizası sahəsində imzalanmış əməkdaşlıq haqqında sazişlər qarşılıqlı fəaliyyətin genişləndirilməsinə mühüm töhfə olmuşdur.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, dekabrın 19-da nazirlikdə Azərbaycanda səfərdə olan Belarus ədliyyə nazirinin müavini xanım Alla Bodak ilə görüş keçirilmişdir.

Ədliyyə nazirinin müavini Toğrul Musayev ilə keçirilən görüşdə qonaq yüksək beynəlxalq imicə malik olan ölkəmizə ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə etmiş, Azərbaycanın hərtərəfli dinamik inkişafını, tolerant ölkə olmasını təqdir etmiş, hüquq sistemlərimiz arasında oxşarlıqların olduğunu bildirərək, Belarusda da məhkəmə-hüquq sistemində islahatların aparıldığını, təcrübə və fikir mübadiləsinin hər iki tərəf üçün böyük əhəmiyyətini vurğulamışdır.

Xanım A.Bodak Azərbaycanın ədliyyə və məhkəmə sistemindəki islahatlar, o cümlədən son illər nazirliyin səlahiyyətlərinin genişləndirilməsi, müxtəlif reyestrlərin aparılması, qanunvericiliyin təkmilləşdirilməsi, inzibati ədliyyənin, xüsusi notariat institutunun, Ədliyyə Akademiyasının fəaliyyəti, hakimlərin Avropada ən şəffaf seçimi, penitensiar sistemin inkişafı, infrastrukturun müasirləşdirilməsi barədə məlumatlandırılmışdır. Qonaq elektron xidmətlərin tətbiqi, xüsusilə dövlətimizin başçısının təşəbbüsü ilə yaradılmış və ölkəmizin brendi sayılan, ədliyyə orqanlarının da müxtəlif mühüm xidmətlər göstərdiyi “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyətinə heyran qaldığını bildirmişdir.

Sonra ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov qonaqla görüşmüşdür.

Ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir hüquqi sahədə əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini, ötən il Minskə səfəri zamanı belaruslu həmkarı ilə məhsuldar danışıqların aparıldığını vurğulamış, qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu bildirmişdir.

Qonaq ədliyyə orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu söyləmiş, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarının uğurlarını təqdir etmiş, belarus ədliyyə nazirinin salamlarını Azərbaycanın ədliyyə nazirinə çatdırmışdır.

A.Bodak nazirlikdə ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında