Moskvadakı internat və uşaq evlərinin yetirmələri üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Yeni il şənliyi təşkil olunmuş, hədiyyələr təqdim edilmişdir

 

 

 

Moskvadakı “Baku” Kinokonsert Kompleksində Rusiya paytaxtının internet və uşaq evlərinin yetirmələri, habelə Azərbaycan etnomədəni komponentli 157 nömrəli və gürcü etnomədəni komponentli 1331 nömrəli məktəblərin şagirdləri üçün Yeni il şənliyi təşkil edilmişdir.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi və Ümumrusiya Azərbaycanlılar Konqresi tərəfindən hazırlanmış bayram tədbirində 500-dən çox uşaq iştirak etmişdir. Şənliyin bütün iştirakçılarına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından gözəl hədiyyələr təqdim olunmuşdur.

Uşaqlar üçün bayram yolkası bəzədilmişdir. S.V.Obraztsov adına Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrının aktyorları  “Durnabalığının buyruğu ilə” musiqili tamaşasını təqdim etmişlər.  Yolka şənliyinə gələn uşaqlar tamaşaya baxmaqla bərabər, onun iştirakçısı olmuşlar. Uşaqlar Şaxta Baba və Qar Qız ilə birlikdə  yolkanın ətrafında dövrə vurmuş, oynaq mahnıların sədaları altında rəqs etmişlər. Foyedə qoyulmuş şokoladlı fəvvarə, nəhəng sabun köpükləri, əl işlərinin sərgiləndiyi dövrə, sulu boya ilə rəngləmək üçün guşələr, rəngbərəng şarlar hər bir uşağı sevindirmişdir.

Uşaqlar tamaşaya və hədiyyələrə heyran qalmışlar. Onlarla  bərabər valideynlərinin də, bayram tədbirinin təşkilatçılarının da ovqatı yüksəlmişdir.

Fəridə ABDULLAYEVA

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında