“San-Remo festivalının ulduzları Bakıda” adlı möhtəşəm konsert

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konsertdə olmuşdur

Dekabrın 18-də “Baku Crystal Hall”da İtaliya estradasının ötən əsrin 80-ci illərinin əfsanəvi ifaçıları “San-Remo festivalının ulduzları Bakıda” adlı maraqlı konsert proqramı ilə çıxış etmişlər.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konsertdə olmuşdur.

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən konsertdə XX əsrin 80-ci illərində San-Remo şəhərində keçirilən İtaliya mahnıları festivalının milyonların qəlbini fəth etmiş əfsanəvi ulduzları - AlBano, Toto Kutunyo, Pupo, Rikkardo Foli, Toni Espozito, Umberto Totsi, Mariya Fiordalizo, İvan Spaqn, eləcə də məşhur “Rikki e Poveri”, “Matia Bazar” qrupları unudulmaz mahnılarını ifa etmişlər.

Konsertin aparıcıları İtaliyanın dünya şöhrətli aktrisası Ornella Muti və Tural Əsədov idi.

Bakıda yenidən olmağından məmnunluğunu bildirən Ornella Muti şəhərimizin daha da gözəlləşdiyini bildirmişdir. O, San-Remo festivalı ulduzlarının bu konsertinin paytaxt Bakının mədəni həyatında mühüm hadisə olduğunu vurğulamışdır.

Anşlaqla keçən konsertdə İtaliya meqastarlarının ifa etdiyi mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

İtaliyalı müğənnilər gözəl Bakı şəhərində belə möhtəşəm konsert verməkdən şad olduqlarını bildirmiş, Azərbaycan xalqının qonaqpərvərliyini yüksək qiymətləndirdiklərini qeyd etmişlər.

Əfsanəvi Toto Kutunyonun xalq mahnısı “Sarı gəlin”i Azərbaycan dilində ifa etməsi tamaşaçıların sürəkli alqışlarına səbəb olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında