Binəqədi Rayon İcra Hakimiyyətində “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində təqdimat mərasimi keçirilmişdir

 

Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) “İKT ili” çərçivəsində görülmüş işlərin təqdimat mərasimi keçirilmişdir. Mərasim reallaşdırılan tədbirlərə dair video-çarxın nümayişilə başlamışdır.

 Sonra RİH-in başçısı Xaləddin İsgəndərov çıxış edərək demişdir ki, müasir tələblər baxımından informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi həm də hər bir dövlətin hərbi-siyasi və sosial-iqtisadi potensialının göstəricilərindəndir. Azərbaycan da bu mənada istisna təşkil etmir və informasiya cəmiyyətinə keçid üçün respublikada əlverişli şəraitin yaradılması ölkəmizin ali məqsədlərindən biridir. 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi də ölkəmizdə bu sahənin inkişafına olan diqqətin göstəricisidir.

Başçı vurğulamışdır ki, Azərbaycanda İKT infrastrukturunun yaradılmasına və gücləndirilməsinə, İKT xidmətlərinin tətbiqinin genişləndirilməsinə böyük diqqət yetirilir. Əksər sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılmışdır. Bu mənada təsadüfi deyil ki, hazırda İKT sektoru Azərbaycanda energetikadan sonra ən dinamik inkişaf edən sahədir. Respublikamızda ən yeni texnologiya - 4G-nin tətbiqi, milli irsimiz və mədəniyyətimizlə bağlı materialların virtual məkanda daha dolğun şəkildə yerləşdirilməsi, Azərbaycan dilli internet resurslarının zənginləşdirilməsi, internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnalların yayılması, sosial şəbəkələrin geniş yer alması və respublika əhalisinin əksər hissəsinin internet istifadəçisinə çevrilməsi, “ASAN” xidmət mərkəzlərinin yaradılması informasiya-kommunikasiya texnologiyalarının inkişafının əyani göstəricisidir.

Tədbirdə RİH-nin İKT sahəsində strategiyası və əsas prinsipləri barədə ətraflı söhbət getmişdir. Binəqədi RİH-nin Sakinlərin Müraciəti Xidmətinin fəaliyyəti, YAP Binəqədi rayon təşkilatının və “Binəqədi Sahibkarları” İctimai Birliyinin veb-səhifələri ilə tanışlıq da mərasim iştirakçılarında böyük maraq doğurmuşdur. Eyni zamanda, RİH başçısı aparatının təsərrüfat şöbəsinin “Operativ məlumatlar”, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin “Statistik hesabatlar”, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin “Ev təsərrüfatları” alt modulları, habelə sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin “Elektron xidmətlər” (elektron arayışlar) bölümü haqqında tədbir iştirakçılarına geniş məlumat verilmişdir.

Tədbirdə vergilər nazirinin müşaviri Akif Musayev və Milli Məclisin deputatı Rafael Cəbrayılov çıxış edərək rayon icra hakimiyyətində “İKT ili” çərçivəsində görülmüş işləri yüksək qiymətləndirmişlər.

Tədbirdə Milli Məclisin deputatı Madər Musayev və Bakı Şəhər İcra Hakimiyyətinin məsul işçisi Ramiz Quliyev iştirak etmişlər.

Vaqif BAYRAMOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında