Azərbaycanın filosof qadınları UNESCO-nun layihəsində

 

 

 

Parisdə UNESCO xətti ilə “Le Dictionnaire Universel des Femmes Creatrices” - “Yaradıcı qadınlar ensiklopediyası” çap olunmuş və onun təqdimat mərasimi keçirilmişdir. Üç cilddən ibarət olan kitabda dünyanın tanınmış yaradıcı qadınları - yazıçı, jurnalist, bəstəkar, rəssam, filosof və s. haqqında məlumat dərc edilmişdir.

Kitabın ön sözündə layihənin rəhbəri tanınmış fransız ictimai xadimi və psixoanalitiki Antuanetta Fukonun yazdığı kimi, “bu, bütün dünyada sivilizasiyaya öz bəhrəsini vermiş qadınlara hörmət əlaməti və öz həyat eşqini dünyadan əsirgəməmək arzusudur”. UNESCO-nun Baş katibi İrina Bokovanın “Əsrin əlamətdar işi” adlandırdığı bu kitab keçmişdə və bu gün qadınların adlarının tarixdən silinməsinin qarşısını alan bir addım kimi dəyərləndirilmişdir.

Ensiklopediyaya Könül Bünyadzadənin filosof qadınlarımız barədə yazdığı “Azərbaycanda dini dəyərlər və fəlsəfi düşüncə” adlı geniş məqalə də daxil edilmişdir. Məqalədə Azərbaycanın fəlsəfi fikir tarixində qadınların rolu təhlil edilmişdir. Burada istər orta əsr və yeni dövrdə fəlsəfi düşüncənin poeziyada əks olunması, istər sovet dövründə, istərsə də müstəqillik dövründə yazıb-yaratmış (Şükufə Mirzəyeva, Aida İmanquliyeva, Zümrüd Quluzadə, Elmira Zamanova, Solmaz Rzaquluzadə və s.) qadın mütəfəkkir və tədqiqatçıların görüşləri təhlil edilmişdir.

Ensiklopediyada Azərbaycanın məşhur qadın şairələri Məhsəti Gəncəvi və Xurşidbanu Natəvan haqqında ayrıca məqalələr verilmişdir. Əlamətdar haldır ki, UNESCO nəzdində fəaliyyət göstərən Filosof Qadınlar Cəmiyyətinin üzvü, gənc fəlsəfə elmləri doktoru Könül Bünyadzadəyə də ayrıca məqalə həsr edilmişdir. Məqalədə onun elmi-fəlsəfi yaradıcılığı və beynəlxalq miqyasda təsəvvüf fəlsəfəsinin yayılması, onun müasir Qərb fəlsəfi fikir kontekstində yenidən araşdırılması sahəsində xidmətləri işıqlandırılmışdır.

R.TAHİR,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında