Qazaxıstanın rəsmi dövlət agentliyi Kazinformun saytında “Şahdəniz-2” layihəsinin yekun investisiya qərarının imzalanmasından bəhs edən yazı yerləşdirilmişdir

 

 

 

Qazaxıstanın rəsmi dövlət agentliyi Kazinformun internet səhifəsində “Azərbaycan ”Əsrin yeni müqaviləsi”ni imzaladı” başlıqlı məqalə yerləşdirilmişdir.

 Məqalədə “Şahdəniz-2” layihəsinin yekun investisiya qərarının imzalanması mərasimi geniş işıqlandırılmışdır. Qeyd edilmişdir ki, yalnız Azərbaycan deyil, həm də bütün Avropa üçün böyük əhəmiyyətə malik olan bu razılaşmanı ”Əsrin yeni müqaviləsi" adlandırmaq olar.

Yazıda sənədlərin imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı da qeyd edilmişdir.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin “Şahdəniz-2" layihəsinin yekun investisiya qərarının imzalanması mərasimindəki nitqindən bu sözlər yer almışdır: ”Şahdəniz-2" dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir.

Lakin bu gün mən 19 il bundan öncəyə - Azərbaycanın enerji strategiyasının yarandığı 1994-cü ilə dönmək istəyirəm. Biz buna ümummilli liderimiz Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi nəticəsində nail olmuşuq. Müstəqillik əldə etdikdən sadəcə 3 il, Azərbaycanda vətəndaş müharibəsinin bitməsindən bir il, Ermənistanla müharibədə atəşkəsin əldə edilməsindən yalnız 4 ay sonra Azərbaycan xarici tərəfdaşları ilə birlikdə “Əsrin müqaviləsi”ni imzalamışdır. Bu hadisə ilk dəfə Xəzər dənizini xarici sərmayələrə açmışdır və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin etmişdir. Həmin müqavilə XX əsrin müqaviləsi adlandırılmışdır. “Şahdəniz” isə düşünürəm ki, XXI əsrin müqaviləsi olacaqdır".

Yazıda, həmçinin layihənin dəyərinin 25 milyard ABŞ dolları həcmində   qiymətləndirilməsi, “Şahdəniz” layihəsinin imzalanması tarixi və payçı ölkələr haqqında geniş məlumat verilmişdir.

http://www.inform.kz/rus/article/2614324

İlahə ƏHMƏDOVA

AzərTAc-ın xüsusi müxbiri

Astana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında