Bakıda “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə – 65 il” mövzusunda konfrans keçirilmişdir

 

 

 

Dekabrın 18-də “Kempinski Hotel Badamdar” mehmanxanasında “İrəli” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə  Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə – 65 il” mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, İB-nin sədri Rauf Mərdiyev konfransın BMT tərəfindən 1948-ci ilin dekabrın 10-da qəbul olunmuş Bəyannamənin bu müddətdə dünyada və Azərbaycanda insan hüquqlarının qorunmasında rolunu qeyd etmək, bu sahədə olan hazırkı vəziyyəti, problemləri və perspektivləri müəyyənləşdirmək məqsədilə keçirildiyini diqqətə çatdırmışdır.

 O, Azərbaycanda insan hüquqlarına daim böyük önəm verildiyini bildirmiş və demişdir ki, rəhbərlik etdiyi təşkilat gəncləri bu sahədə maarifləndirməyə çalışır.

Konfransda çıxış edən Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova demişdir ki, bəşəriyyət yüz illərdir insan hüquqları ilə bağlı işlər görür və bu barədə düşünür. Bu proses İkinci Dünya müharibəsindən sonra daha da sürətlənmişdir. Nəhayət, XX əsrdə insan hüquqları sahəsində əsas sənəd - 1948-ci il dekabrın 10-da BMT tərəfindən “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə” qəbul olunmuşdur. Bu sənəd 70-dən çox beynəlxalq konvensiya üçün hüquqi baza olmuşdur. Ölkəmizdə də bu sənəd nəticəsində bir çox müsbətyönümlü qərarlar qəbul olunmuşdur. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması uğurla həyata keçirilmiş, qanunvericilik təkmilləşdirilmişdir.

Rəbiyyət Aslanova insan hüquqlarının təmin edilməsinin müstəqil Azərbaycan dövlətinin prioritet vəzifələrindən olduğunu vurğulamışdır.

Qeyd edilmişdir ki, Azərbaycanda insan hüquqları və azadlıqlarının bərpa olunması, inkişaf etdirilməsi siyasətinin özülü ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Konfransda Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Dünyada və Azərbaycanda insan hüquqları: problemlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış etmişdir. O demişdir ki, Avropanın insan hüquqları ilə bağlı daha fəal çıxış etməsinə baxmayaraq, bunun tarixi Şərqdən qaynaqlanır. Vaxtilə Osmanlı dövlətinin fərmanlarında “Bütün insanlar qardaşdır” ifadəsi əks olunmuşdur.

Azərbaycanda  insan hüquq və azadlıqlarının təmin edilməsi məsələlərinə xüsusi diqqət göstərildiyini deyən Ə.Hüseynli bu sahədə mühüm sənədlərin imzalandığını bildirmişdir. Diqqətə çatdırmışdır ki, ötən müddətdə ölkəmizin milli qanunvericilik bazası Avropa standartlarına uyğun təkmilləşdirilmiş, əhalinin digər hüquqları ilə bərabər, sosial-iqtisadi hüquqlarının da daha səmərəli təmin edilməsi məqsədilə bir sıra Dövlət proqramları qəbul olunmuşdur.

 Vurğulanmışdır ki, Azərbaycan Respublikası Şərqdə ölüm hökmünü ləğv edən ilk dövlətdir. Bu da məhz ümummilli lider  Heydər Əliyevin iradəsi nəticəsində baş tutmuşdur.

 Konfransda insan hüquqlarının qorunmasından bəhs edən film nümayiş olunmuşdur.

Daha sonra tədbir diskussiyalarla davam etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında