ABŞ-da çıxan “Foreign Affairs” jurnalında “Ukraynadan sonra qaz siyasəti: Azərbaycan, “Şahdəniz” və Avropanın yeni enerji tərəfdaşı” sərlövhəli məqalə dərc olunmuşdur

 

 

 

ABŞ-da çıxan nüfuzlu  “Foreign Affairs” jurnalında tanınmış politoloq və beynəlxalq münasibətlər üzrə ekspert, professor Brenda Şefferin “Ukraynadan sonra qaz siyasəti: Azərbaycan, ”Şahdəniz" və Avropanın yeni enerji tərəfdaşı” sərlövhəli məqaləsi dərc olunmuşdur.

B.Şeffer məqalədə “Cənub qaz dəhlizi” layihəsindən və layihəyə cəlb olunmuş ölkələrdə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyada 30 min iş yeri yaradacaq layihə üzrə son investisiya qərarının qəbul edilməsindən söz açmışdır. Ekspert yazır ki, assosiasiya üzvlüyü barədə Sazişi imzalamaqdan imtina etmiş Ukraynanın gedişi ilə Avropa postsovet ölkələri ilə əlaqələrini itirməmişdir, əksinə əlaqələri inkişaf etdirməyə davam edir. Bakıda sazişin imzalanması bunu təsdiq edir.  B.Şeffer daha sonra layihənin icrasından, mövcud Cənubi Qafqaz qaz kəməri ilə planlaşdırılan Transanadolu və Transadriatik qaz kəmərlərinin birləşməsindən ətraflı söz açmışdır. Sazişin imzalanması mərasimində layihənin iştirakçısı olan ölkələrin liderləri ilə bərabər, bəzi Balkan ölkələrinin liderləri də iştirak etmişlər. Onlar “Şahdəniz” layihəsinin Balkan ölkələrinə qədər genişləndirilməsini sadələşdirən əlavə müqavilə imzalamışlar. Professor yazır ki, Avropaya nəql olunan qazın ümumi həcmi ilə müqayisədə  Azərbaycan qazının qitəyə ixracı azdır, lakin Bolqarıstan və Yunanıstan kimi ölkələr üçün bu qaz kəməri həqiqətən mühüm alternativ ola bilər. Layihə Avropa ölkələrinin rəhbərliyinin qaz təchizatı infrastrukturunun və təhlükəsiz qaz bazarının  təkmilləşdirilməsinə xüsusi diqqət yetirməyə başlamasına imkan verəcəkdir. Bu həftə imzalanmış layihə sazişinin ABŞ üçün əhəmiyyətini vurğulayan ekspert Vaşinqtonu layihəyə dəstəyini davam etdirməyə çağırmışdır.

Yusif BABANLI

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında