Günəş enerjisi kənd bağçasında

 

 

 

bp neft şirkəti və tərəfdaşları artıq bir neçə ildir ki, neft və qaz kəmərləri boyu icmaların inkişafına təkan verən layihələrini uğurla həyata keçirirlər. Belə layihələrdən biri də günəş batareyası ilə işləyən istilik sisteminin quraşdırılmasını nəzərdə tuturdu.

Layihənin həyata keçirilmə məkanına gələndə, əlbəttə, ilk növbədə, ailələrimizin günəşi nur balalar düşünülürdü. Odur ki, respublikada ilk dəfə üç kənd məktəbində və bir bağçada günəş batareyası quraşdırılmasına qərar verildi. BTC boru kəməri boyunca yerləşən Goranboy rayonunun Bəşirli və Qurbanzadə kəndlərinin məktəblərinə, bir də Samux rayonunun Çobanabdallı kəndindəki məktəbə və uşaq bağçasına sözün əsl mənasında günəş doğdu. Səfə düzülmüş günəş güzgüləri indi təhsil-tərbiyə ocaqlarının bütün istilik tələbatını təmin edir.

Onu da deyək ki, hələ 2010-cu ildə bu bağça məhz bp və tərəfdaşlarının köməyi ilə əsaslı təmir olunmuşdu. Bunun sayəsində bütün otaqlardan istifadə olunur. Günəş batareyalarının köməyi ilə 8 otaq qızdırılır. Əvvəllər uşaqlar bir qızdırılan otağa toplaşıb məşğul olurdular. İndi isə bütün siniflər qızdırıldığından uşaqlar qruplara bölünüb  8 sinif otağında məktəbə qədər  təhsil biliklərinə yiyələnirlər. Hətta bağçaya gələnlərin sayı artıb. İndi bu bağçadan 20 azyaşlı, 20 məktəbə qədər yaşında olan uşaq tərbiyə alır.

Çobanabdallı uşaq bağçasında bizi ən çox heyran edən isə bağçanın bədii tərtibatı oldu. Otaqların divarları əsl sənət əsərləri, monumental  rəsmlərlə bəzədilmişdi. Biz əvvəlcə elə bildik ki, bağçanı bəzəmək üçün layihə çərçivəsində peşəkar rəssam dəvət etmişlər. Sən demə, yanılmışıq. Bağçanın müdiri Nuranə Həsənova öz əliylə bu möcüzələri yaratmışdı. Heç bir rəssamlıq təhsili görmədiyini nəzərə alsaq bu rəsmləri möcüzə hesab etməliyik.

Nuranə Həsənova  əlinə keçən hər şeydən gözəllik yaratmağı bacarır. Tullanmış maşın təkərləri də onun karına gəlir. Onları əlvan rənglərlə boyayıb təzə əkilmiş ağacları çevrələyir. Bağçanın həyəti bunların sayəsində al-əlvan rənglərlə yanır. Narıncı, qırmızı, saman sarısı, səma mavisi... Bağçanın qapısında iki tərəfdən yekə göbələk qoruqçusu... O, bu istedadı ilə neçə beynəlxalq müsabiqənin qalibi olub. Avropa sərgilərinə dəvət alıb. Onun tərbiyəsini götürən uşaqların da işləri ayrı-ayrı sərgilərdə nümayiş etdirilib. Bağçanın özündə bu uşaqların əl işlərindən ibarət daimi ekspozisiya var. Bağ-bağat içində yerləşən Çobanabdallı kəndindəki uşaq bağçası böyüklərin fərəh yeri, balacaların sevimli məskənidi.

Sara NƏZİROVA,

 jurnalist, sənətşünas

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında