Nizami rayonuna fasiləsiz içməli suyun verilməsinə başlanılmışdır

 

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin istehlakçıların keyfiyyətli və dayanıqlı içməli su təchizatının təmin edilməsi istiqamətində işləri davam etdirir. Cari ilin noyabr ayından paytaxtın Nizami rayonunun böyük bir hissəsinə içməli suyun fasiləsiz verilməsi istiqamətində işlərə start verilmişdir. Bu günlərdə isə rayonun bütün ərazisində 24 saatlıq su təchizatı rejiminin tətbiqinə  başlanılmışdır.

“Azərsu” ASC-nin mətbuat xidmətinin məlumatına görə, artıq Nizami  rayonunda xidmət göstərilən  51490 abonentin 46 mini və ya 202 min nəfər sakinin 182 min nəfəri içməli suyu fasiləsiz rejimdə alır. Hələlik rayonun yalnız Elşən Süleymanov, Bəhruz Nuriyev, Şərifli küçələrinin bir hissəsinə,   eləcə də Keşlə qəsəbəsinin bəzi yerlərinə içməli su qrafiklə verilir. Həyata keçirilən yenidənqurma işləri tam başa çatdıqdan sonra bu ərazilərə də 24 saat içməli suyun verilməsi təmin ediləcəkdir.

Ötən müddətdə həyata keçirilmiş işlər nəticəsində rayon ərazisindəki 109 məhəllədaxili nasos stansiyasından 36-nın  fəaliyyəti dayandırılmışdır. İşlər tam başa çatdıqdan sonra məhəllədaxili nasos stansiyalarının böyük əksəriyyəti ləğv ediləcək ki, bu da elektrik enerjisinə qənaət etməyə imkan yaradacaqdır. Hazırda anbarlarda və magistral xətlərdə aparılan yenidənqurma işləri ilə paralel olaraq Nizami rayonu ərazisindəki çoxmənzilli yaşayış binalarının şəbəkələri də yenidən qurulur. Layihə çərçivəsində binaların zirzəmilərində istismar müddətini başa vurmuş su xətləri ləğv edilir, əvəzində binaların həyətindən keçməklə yeni polietilen boru çəkilir və hər bir girişdə siyirtmələr quraşdırılır. Layihəyə uyğun olaraq  mənzilləri su ilə təmin edən dik dayaqlar pilləkən qəfəslərinə çıxarılır və hər bir abunəçi “smart-kart” tipli sayğacla təmin edilir. Artıq Nizami rayonunda 42 binada bu qəbildən olan işlər tam başa çatdırılmış, 2182 mənzilə “smart-kart” tipli su sayğacları quraşdırılmışdır. Hazırda isə 222 binada işlər davam etdirilir, 186 bina üzrə isə layihələndirmə işləri aparılır.

Xatırladaq ki, Nizami rayonunun içməli su təchizatının yaxşılaşdırılması mərkəzi anbarlarda, magistral su xətlərində, eləcə də binadaxili paylayıcı sistemlərdə əsaslı yenidənqurma işləri nəticəsində mümkün olmuşdur. Belə ki, Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyəti olan “+69 Şərq” və “+110 Şərq” anbar komplekslərində həyata keçirilən  genişmiqyaslı tədbirlər çərçivəsində anbarlara daxil olan borular yenilənmiş, kəmərlərin üzərindəki siyirtmələr dəyişdirilmiş, kollektorlar tamamilə yenidən qurulmuşdur. Bununla da,  istehlakçıları içməli su ilə təmin edən nasos stansiyalarına ötürülən suyun həcmi artırılmışdır. 

M. YAQUBZADƏ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında