Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın dünya şöhrətli aktrisası Ornella Muti ilə görüşmüşdür

 

 

 

Dekabrın 17-də

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliyanın dünya şöhrətli aktrisası Ornella Muti ilə görüşmüşdür.

Azərbaycanın birinci xanımı qonağı salamlayaraq onu Bakıda görməkdən şad olduğunu bildirdi. Mehriban Əliyeva Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində gördüyü işlərdən danışdı.

İtaliyada Azərbaycanın birinci xanımı ilə görüşlərini məmnunluqla xatırlayan Ornella Muti “Crystal Hall”da onun aparıcılığı ilə keçiriləcək “San-Remo festivalının ulduzları Bakıda” adlı konsert proqramı haqqında məlumat verdi. 

Bir il bundan əvvəl Bakıda olduğunu bildirən aktrisa şəhərimizin daha da gözəlləşdiyini söylədi. Ornella Muti Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliği istiqamətində gördüyü işlərin əhəmiyyətini qeyd etdi.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında