Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəsmi saytının yenilənmiş versiyası təqdim edilmişdir

 

 

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın rəsmi saytının yenilənmiş versiyası təqdim edilmişdir.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyindən bildirmişlər ki, www.leyla-aliyeva.az saytının yeni versiyasında Heydər Əliyev Fondunun vitse-prezidentinin çoxşaxəli fəaliyyətinin bütün istiqamətləri üzrə ətraflı məlumat verilir.

Sayta müraciət edənlər interaktiv xəritə vasitəsilə Leyla Əliyevanın səfərləri barədə məlumat ala bilərlər. İndi saytda Leyla Əliyevanın müxtəlif mətbu orqanlara verdiyi müsahibələr, habelə onun fəaliyyəti barədə materiallar təmsil olunmuşdur. Bu bölmədəki materiallar PDF formatında təklif olunur.

Bundan əlavə, saytda Leyla xanımın yaradıcılığı ilə də tanış ola bilərsiniz. “Yaradıcılıq” bölməsində Leyla xanım Əliyevanın şeirləri və rəsm əsərləri yerləşdirilmişdir.

“Fotoqalereya” bölməsində Leyla Əliyevanın şəxsi fotoşəkilləri və portretləri yer almışdır.

Videoqalereyada açılmış yeni bölmədə isə Azərbaycan haqqında videoçarxlar yerləşdirilmişdir.

Fəridə ABDULLAYEVA

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında