"Qrapark" qəzeti: "Erməni media resursları Ermənistan haqqında xəbərləri Azərbaycan KİV-lərindən öyrənirlər"

Ermənistan KİV-ləri narahatdırlar ki, son vaxtlar Azərbaycan media resursları Ermənistanın ictimai-siyasi həyatı haqqında xəbərləri erməni mətbuatından daha operativ yayır.
"Qrapark" qəzeti yazır: "Ermənistan XİN-in "futbol diplomatiyası" o qədər möhkəmlənmişdir ki, erməni jurnalistlərini top kimi diyirlətmək adi hala çevrilmişdir".
AzərTAc "Armenia Today" agentliyinə istinadla xəbər verir ki, Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Tiqran Balayan jurnalistlərin suallarına cavab verməkdən imtina edərək, sualları yalnız yazılı şəkildə göndərməyi tələb edir. Qəzet yazır ki, ancaq bu da kömək etmir, suallar cavabsız qalır.
"Qrapark" qəzetinin yazdığına görə, XİN-in mətbuatla əlaqə idarəsinin necə operativ işləməsini xarici KİV-ləri izləməklə müəyyən etmək olar.
Məsələn, qəzetin müxbirinin XİN-in mətbuat katibindən Rusiya Prezidenti Dmitri Medvedevin Ermənistana səfərinin vaxtını öyrənmək cəhdləri boşa çıxmışdır. Nəşr yazır: "Təəccüblüdür ki, biz bu xəbəri Azərbaycan KİV-lərindən öyrəndik".
Hər halda, jurnalistin bu məsələni ilkin mənbədən dəqiqləşdirmək cəhdi də uğursuz olmuşdur. Dünən məlum olmuşdur ki, T.Balayan məzuniyyətdə olduğundan, bu suala cavab vermək iqtidarında deyildir. XİN-in mətbuat katibinin "məşğul" olması üzündən jurnalistlər bu məsələnin təfərrüatlarını XİN-in başqa əməkdaşlarından öyrənməli olmuşlar. Dəstəyi qaldıran ilk əməkdaş cavab vermişdir ki, o, nazirlikdə staj keçir və bu cür suallara cavab vermək səlahiyyəti yoxdur. Sonra jurnalistləri bu kabinetdən o kabinetə top kimi diyirlətməyə başlamışlar.
Uzun sürən çəkişmələrdən sonra jurnalistlər, nəhayət ki, Ermənistan XİN-in mətbuat katibinin vəzifələrini yerinə yetirən şəxsin telefon nömrəsini öyrənmişlər. Məlum olmuşdur ki, iş vaxtı olmasına baxmayaraq, o, yerində yoxdur. Qəzetin müxbirləri T.Balayanın vəzifəsini icra edən şəxsə, nəhayət ki, zəng edib Azərbaycan KİV-lərinin yaydığı xəbərin səhih olub-olmamasını dəqiqləşdirməyə çalışmışlar. Cavab isə belə olmuşdur: "Suallarınızı yazılı şəkildə göndərin".
XİN-in suala cavab verməkdən imtina etmiş nümayəndəsi üstəlik jurnalistlərin onun mobil telefonuna zəng vurmasından narazı da qalmışdır.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında