Azərbaycanda terrorçuluğa qarşı görülən işlər ABŞ Dövlət Departamentinin illik hesabatında yüksək qiymətləndirilmişdir

ABŞ Dövlət Departamenti terrorçuluqla bağlı növbəti illik hesabatını açıqlamışdır. Sənəddə Azərbaycanda terrorçuluğa qarşı görülən işlər yüksək qiymətləndirilmişdir.
AzərTAc ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadla xəbər verir ki, hesabatda Azərbaycanın maliyyə, insan və maddi vəsaitləri Cənubi Qafqaz ərazisindən keçirmək istəyən terror qruplaşmalarına qarşı mübarizəsi də öz əksini tapmışdır. Terrorçuluğu maliyyələşdirməyə qarşı Azərbaycanda aparılan məqsədyönlü işlər, çirkli pulların yuyulmasının qarşısını alan qanunların tətbiqi alqışlanmışdır.
Sənəddə Azərbaycanın Birləşmiş Ştatlar və beynəlxalq təhlükəsizliyə dəstək qüvvələrinə Əfqanıstanda hərbi əməliyyatlar aparmaq üçün öz hava məkanından istifadəyə icazə verməsi və 90 nəfərlik hərbi heyətin sülh əməliyyatlarında iştirakı xüsusilə vurğulanır.
Bundan əlavə, hesabatda qeyd olunur ki, "əl-Qaidə" və onun Pakistandakı qanadı təhlükəli terror qruplaşması olaraq qalmışdır. PKK terror təşkilatı və Türkiyədəki "Ergenekon" ilə bağlı məhkəmə işi də hesabatda öz əksini tapmışdır.
Builki hesabatda Şimali Koreya terroru dəstəkləyən ölkələr sırasından çıxarılmışdır. "Hizbullah" və "Həmas" təşkilatına qarşı mübarizə də xüsusi yer tutur.
Hesabatda qeyd edilir ki, keçən il dünyada baş verən terror aktları 6 faiz, bu hadisələr zamanı ölənlərin sayı isə 5 faiz azalmışdır. Bildirilir ki, ötən il dünyanın 83 ölkəsində 11 minə yaxın terror aktı törədilmişdir. Bu hadisələr zamanı 16 minə yaxın insan ölmüş, 60 minədək insan yaralanmışdır.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında