“Elektron hökumət” portalı üzərindən tibb sahəsinə dair iki yeni elektron xidmət təqdim edilib

 

“Elektron hökumət” portalı vasitəsilə istifadəçilərin ixtiyarına verilən elektron xidmətlərin sayı sürətlə artır. Bu amil vətəndaşların evdən və ofisdən çıxmadan elektron qaydada lazımi xidmətlərdən yararlanmasına imkan yaradır, onların işini asanlaşdırır, eləcə də şəffaflığı təmin edir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, “Elektron hökumət” portalı üzərindən daha iki yeni elektron xidmət istifadəyə verilib. Yeni təqdim edilən xidmətlər Səhiyyə Nazirliyi tərəfindən göstərilir. Bu xidmətlərə “Beş ildən çox işləməyən tibb mütəxəssislərinin hazırlığa göndərilməsi üçün müraciətin və sənədlərin qəbulu” və “Tibb işçilərinin ixtisas dərəcələrinin artırılması ilə əlaqədar müraciətin və sənədlərin qəbulu” daxildir.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında