Quba-Xınalıq yolunda qar uçqunu baş vermiş, 6 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilmişdir

 

 

Azərbaycan ərazisinə yağan güclü qar şimal bölgəsində bəzi istiqamətlərdə kənd yollarının bağlanması ilə nəticələnmişdir.

APA -nın şimal bürosunun verdiyi məlumata görə, Quba-Xınalıq yolunda qar uçqunu baş vermiş və yol bağlanmışdır. Bu istiqamətdə olan 6 kənd - Xınalıq, Qələxudat, Bastançı, Cek, Əlik və Atuc kəndlərinə avtomaşınların hərəkəti dayanmışdır.

Quba Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirmişdir ki, yolun 35,37 kilometr və 45 kilometrliyində qar uçqunu qeydə alınmışdır. Ümumilikdə yolun 35-ci kilometrdən 57-ci kilometrliyinə kimi yol bağlıdır. Hazırda əraziyə texnika cəlb olunmuşdur.

Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov APA-ya bildirmişdir ki, hazırda yollarda avtomobillərin hərəkətini bərpa etmək üçün tədbirlərlər görülür.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında