Qəbələ RLS-in ərazisində minatəmizləmə əməliyyatlarına başlanır

 

 

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Azərbaycanın Rusiyadan yeni təhvil aldığı Qəbələ radiolokasiya stansiyasının (RLS) ərazisində mina və partlayıcı maddələrin təmizlənməsi əməliyyatlarına başlayacaq.

Bu barədə APA-ya ANAMA-nın direktoru Nazim İsmayılov eksklüziv açıqlama vermişdir.

 N. İsmayılovun sözlərinə görə, avqust ayında stansiyanın ətrafında minaların tapılması barədə xəbər əsasında baş nazirin birinci müavini Yaqub Eyyubovun tapşırığı ilə ANAMA-nın əməkdaşları tərəfindən əraziyə baxış keçirilmişdir: “Hazırda stansiyanın ərazisi Daxili Qoşunların mühafizəsi altındadır. Orada əsgərlər 4 mina ilə rastlaşmışdılar. Bizim əməkdaşlar tərəfindən oradan daha 9 mina tapıldı”.

 ANAMA direktorunun sözlərinə görə, hökumət bununla bağlı vəsait ayırmışdır. Gələn ilin əvvəllərində, hava şəraiti yaxşılaşdıqda stansiyanın 220 hektarlıq ərazisində və binaların içində əməliyyatlara start veriləcək. Əməliyyatların 6-8 ay davam etməsi gözlənilir.

“Qəbələ RLS ilə bağlı xüsusi komissiya yaradılmışdır. Komissiyada müxtəlif qurumlar təmsil olunur. Orada minatəmizləmə ilə yanaşı, radioaktiv durum da öyrəniləcək”, - deyə N. İsmayılov vurğulamışdır.

Qeyd edək ki, 2012-ci ilin dekabr ayında Rusiya Qəbələ RLS-dən rəsmən imtina etdiyini açıqlamışdır. Rusiyanın Qəbələ RLS-dən imtinası Azərbaycanın stansiyanın icarə haqqını artırması ilə bağlı olmuşdur. Azərbaycan tərəfi Rusiyadan stansiyanın icarəsi üçün 300 milyon dollar icarə haqqı tələb etmişdir.

“Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş” 2002-ci ildə imzalanmışdı. Rusiya 2012-ci il dekabrın 10-dan stansiyanın istismarını dayandırmış, 2013-cü ilin yay aylarında isə stansiya tam olaraq Azərbaycan hökumətinə təhvil verilmişdir. 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ RLS Hind okeanı regionunda - 6 min kilometr radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verirdi. 2002-ci ildə imzalanmış sazişə müvafiq olaraq Rusiya RLS-in icarəsinə görə Azərbaycana ildə 7 milyon dollar ödəmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında