Yaponiyanın milli bayramı şərəfinə

 

Dekabrın 13-də Yaponiyanın Azərbaycandakı səfirliyi İmperator Akihitonun anadan olmasının 80-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra qonaqları salamlayan səfir Tsuquo Takahaşi bildirmişdir ki, Konstitusiyaya görə, Yaponiya İmperatoru yapon xalqının birlik rəmzidir və onun doğum günü milli bayram kimi qeyd olunur.

Azərbaycan ilə Yaponiya arasında əlaqələrdən danışan diplomat vurğulamışdır ki, yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığımızın bütün istiqamətlərdə inkişafına töhfə verir.

Səfir ölkələrimiz arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Təhsil naziri Mikayıl Cabbarov əlamətdar gün münasibətilə yapon xalqını Prezident İlham Əliyevin adından təbrik etmiş, dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırmışdır. Nazir bildirmişdir ki, ölkələrimiz arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Azərbaycanda həyata keçirdiyi bir çox layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını bildirən Mikayıl Cabbarov ölkələrimizin müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini vurğulamışdır. Nazir əmin olduğunu bildirmişdir ki, iki ölkə arasında münasibətlər getdikcə daha da möhkəmlənəcək və genişlənəcəkdir.

Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında