Vaşinqtonda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi ehtiramla anılmışdır

 

Azərbaycan xalqının ümummilli lideri Heydər

Əliyevin vəfatının onuncu ildönümü ilə əlaqədar onun əziz xatirəsi ABŞ-ın paytaxtı Vaşinqton şəhərində də anılmışdır.

Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin inzibati binasında - ümummilli liderin büstü önündə baş tutmuş anma mərasimində müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin keçdiyi zəngin və şərəfli həyat yoluna nəzər salınmış, onun Azərbaycan dövlətçiliyi və xalqımızın rifahı naminə gördüyü misilsiz işlər minnətdarlıq hissi ilə xatırlanmışdır.

Mərasim iştirakçıları qarşısında çıxış edən səfir Elin Süleymanov xalqımızın əbədiyaşar lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında söz açaraq, onun Azərbaycana xalqına qoyub getdiyi ən böyük mirasın məhz müasir, müstəqil və suveren Azərbaycan dövlətinin olduğunu bəyan etmişdir. Diplomat sonrakı nəsillərin ümdə vəzifəsinin bu son dərəcə dəyərli mirası qoruyub-saxlamaq olduğunu demişdir. O, həmçinin şəxsi xatirələrini bölüşərək, bu dahi şəxsiyyətlə təmasda olduğu hər bir anı böyük qürurla xatırladığını söyləmişdir.

Səfir Süleymanov, həmçinin ümummilli liderin cismən aramızda olmadığı son 10 ildə onun ən layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycan dövlətçiliyinin daha da gücləndiyini, xalqımızın inanılmaz bir tərəqqiyə şahid olduğunu və Azərbaycanın malik olduğu geosiyasi qüdrətin real gücə arxalandığını qeyd etmişdir.

 Azərbaycanın ABŞ-dakı hərbi attaşesi, polkovnik Ağaverdi Quliyev öz növbəsində Milli Ordumuzun yaradılması, xüsusilə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində hələ sovet dövründən etibarən hərbi kadrların hazırlanması sahəsində əldə olunmuş uğurlar barədə danışmışdır.

ABŞ-dakı Azərbaycan icmasının təmsilçisi Həbib Azərsina ümummilli lider Heydər Əliyev ilə şəxsi təmaslarına istinadla qəlbində yaşatdığı xatirələri tədbir iştirakçıları ilə bölüşmüşdür. O, Azərbaycan xalqının həmişə Heydər Əliyev kimi qüdrətli dövlət xadiminə malik olmasından qürur hissi keçirdiyini bildirmiş və onun əziz xatirəsinin Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda daim dərin hörmətlə anılacağını bildirmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anma günü çərçivəsində, həmçinin Merilend ştatının ən böyük xeyriyyəçilik təşkilatı olan və yoxsulları qida ilə təchiz edən Merilend Qida Bankına ianə verilmişdir. Qida Bankının hökumətlə əlaqələr üzrə direktoru Nensi Smitə Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən təqdim olunmuş rəsmi məktubda bu xeyriyyəçilik aktının Azərbaycan xalqının ümummilli lideri Heydər

Əliyevin xatirəsi ilə əlaqədar həyata keçirilməsinin təsadüfi olmadığı qeyd edilərək, ulu öndərin sosial vəziyyəti çətin olan təbəqələrə daim böyük qayğı göstərdiyi bildirilmişdir.

N.Smit Azərbaycan hökumətinə təmsil etdiyi təşkilat adından dərin minnətdarlığını ifadə edərək, bu addımın çox yüksək qiymətləndirildiyini söyləmişdir. Nəhayət, səfirliyin müraciəti əsasında, Vaşinqton şəhərində yerləşən İslam Mərkəzində ulu öndər Heydər Əliyevin ruhuna dualar oxunmuş və ona Allahdan rəhmət dilənmişdir.

Cümə günü isə səfirlik tərəfindən İslam Mərkəzində cümə namazının ardınca ehsan verilmişdir.

  Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında