“Baku Steel Company” MMC-də anım mərasimi

 

 

 

Bu fikirlər “Baku Steel Company” MMC-də ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümünə həsr olunmuş mərasimdə səslənmişdir. Heydər Əliyevin  büstü önünə tər güllər qoyulduqdan sonra onun əbədiyaşar xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov demişdir ki, ümummilli liderin əbədiyyətə qovuşmasından 10 il ötsə də, onun əməlləri yaşayır. Bu gün bizim çalışdığımız, ölkə iqtisadiyyatına dəyərli töhfələrini verən “Baku Steel Company” MMC-də ulu öndər Heydər Əliyev ideyasının məhsuludur. Azərbaycanda metallurgiya sənayesinin yenidən bərpası bizi “Siemens” kimi dünya metallurgiya nəhəngləri ilə tərəfdaş etmiş, zavodda aparılan islahatlar, yenidənqurma işləri sona çatmış, istehsal gücü 1 milyon 100 min ton olan yeni zavod qurulmuşdur. İndi 5 min nəfərin çalışdığı şirkətdə yeni layihələrin həyata keçirilməsi, istehsal edilən məhsulların çeşidinin artırılması, daxili bazarda keyfiyyət əmsalının yüksəkliyi, ixrac edilən məhsulların ildən-ilə çoxalması, əcnəbi şirkətlərin ölkə daxilindəki zavodlarla sıx ünsiyyətə can atması metallurgiya sahəsində illər öncə yaranmış durğunluğun artıq geridə qaldığını bir daha sübut edir.

 Bunların  hamısı onu göstərir ki, ulu öndərin müəllifi olduğu zəngin idarəçilik fəlsəfəsinə sadiq qalan cənab İlham Əliyev Prezident kimi fəaliyyət göstərdiyi dövrdə ölkəmizdə sosial-iqtisadi yüksəlişə, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr verməkdədir. 

Digər çıxışlarda da bildirilmişdir ki, Azərbaycanı yenidən quran ümummilli lider xalqa inkişaf edən, demokratik, müstəqil bir dövlət miras qoymuşdur. Onun layiqli davamçısı Prezident İlham Əliyev bu mirası qoruyaraq daha aydın sabahlara aparır. Nə qədər ki Azərbaycan xalqı və dövləti vardır, Heydər Əliyevin parlaq xatirəsi də bir o qədər yaşayacaqdır.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında