İsmayıllıda ədəbiyaşar ulu öndərə həsr edilən tədbir

 

 

 

Xatirəsi Azərbaycanın müstəqilliyi qədər əbədi olan ümummilli liderin anım günü, ölkənin hər yerində olduğu kimi, İsmayıllıda da qeyd olundu. Rayon rəhbərliyi Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İdarəetmə  Məktəbi” ilə birgə “dəyirmi masa” arxasında görüş keçirdi.

“Azərbaycançılıq məfkurəsinə əbədi sadiq olan dahi şəxsiyyət” adlı tədbirdə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək ümummilli liderin ruhuna dərin hörmətlə zəngin, elmi tutumlu, bədii dəyərli, ən kövrək hisslərdən ibarət fikirlər səsləndirdi, milli ideologiyamızın əsasını təşkil edən azərbaycançılıq məfkurəsindən ətraflı danışdı.

İqtisad elmləri doktoru, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Rəsul Balayev, İvanovka İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Olqa Jabina, 5 saylı tam orta məktəbin tarix müəllimi Bəxtiyar Fərəcov və rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramiz Baloğlanov gündəlikdəki məsələlər barədə çıxış etdilər.

Heydər Əliyev Mərkəzinin foyesində anım gününə həsr olunmuş kompozisiya – konsert oldu.

Rayon ictimaiyyəti nümayəndələrini  iştirak etdikləri tədbirdə ulu öndərin  müqəddəs ruhu bir daha böyük ehtiramla yad edildi, ona rəhmət oxundu, ideallara sadiqlik nümayiş etdirildi. Qeyd edildi ki, müstəqil Azərbaycan dövlətini qurub-yaradan böyük siyasətçinin xatirəsi əsrlər boyu yad ediləcək.

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında