Nərimanov rayonunda ulu öndərin əziz xatirəsi ehtiramla yad olundu

 

 

 

 

 

Dünən ölkəmizin hər yerində olduğu kimi, paytaxtın Nərimanov rayonunda da müasir Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyevin nurlu xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirildi. Rayon icra hakimiyyətində anım günü ilə əlaqədar keçirilən tədbirin iştirakçıları  öncə ümummilli liderimizin büstü önünə tər gül dəstələri qoyaraq onun nurlu şəxsiyyətinə hörmət və ehtiramlarını ifadə etdilər.

 Rayon icra hakimiyyətinin, eləcə də idarə və təşkilat rəhbərliklərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə ümummilli liderin parlaq xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirdi ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından on il keçir. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini vurğulayan natiq qeyd etdi ki, ulu öndərimizin Fəxri Xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilmişdir. Bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı beynəlxal aləmə tanıtmış,  dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi şöhrət qazanmış ən böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər. 

Qeyd olundu ki,  Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən Azərbaycanın ən yeni tarixi, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur. A. Fərzəliyev daha sonra bildirdi ki, “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” kimi qiymətləndirilən bu dövrdə ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmış, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur.

Anım mərasimində çıxış edən YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov və başqaları ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışdılar. Qeyd olundu ki, Azərbaycan tarixinin yetişdirdiyi nadir şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin respublikamıza  rəhbərlik etdiyi hər iki dönəmdə xalqımızın işıqlı sabahı naminə həyata keçirdiyi tədbirlər miqyasına görə onilliklərin çərçivəsinə sığmır. Ulu öndərin dövlətçiliyin möhkəmləndirilməsi, ordu quruculuğu, milli kadr hazırlığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli-mənəvi dəyərlərimizin təbliği və qorunması sahəsində həyata keçirdiyi genişmiqyaslı tədbirlər ölkəmizin  beynəlxalq müstəvidə layiqli yer tutmasını təmin etmişdir. Belə bir fikir xüsusi vurğulandı ki, məhz ulu öndərin uzaqgörən daxili və xarici siyasəti nəticəsində bu gün dünyanın sürətlə inkişaf etməkdə olan dövlətinə çevrilmiş Azərbaycan Respublikası, həm də  regionun iqtisadi və siyasi mərkəzlərindən biridir. Bütün bunları ümummilli lider Heydər Əliyevin layiqli davamçısı  Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsi kimi dəyərləndirən natiqlər son on ildə  Azərbaycanın regionun enerji və nəqliyyat layihələrinin əsas təşəbbüskarı və iştirakçısı kimi böyük nüfuz qazandığını diqqətə çatdırdılar.

Anım günündə, həmçinin ümummilli liderin xatirəsinə həsr olunmuş ehsan süfrəsi açıldı, ruhuna dualar oxundu.

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında