İnformasiya Texnologiyaları İnstitutunda Koreya nümayəndə heyəti ilə görüşdə elmi-texniki əməkdaşlıq sahəsində əlaqələrin inkişafı məsələləri müzakirə olunmuşdur

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Koreya Respublikasının Bilik İqtisadiyyatı Nazirliyi və İnformasiya Texnologiyalarına Dəstək Milli Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilmişdir.
İTİ-dən bildirmişlər ki, görüş Azərbaycan və Koreya arasında elmi-texniki sahədə əməkdaşlıq əlaqələrinin inkişafı, bilik və təcrübə mübadiləsi məsələlərinə həsr olunmuşdur.
İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, bu əlaqələrin yeni istiqamətlərinin müəyyənləşməsinin, inkişaf perspektivlərinin təyin olunmasının informasiya cəmiyyətinin formalaşmasında mühüm amillərdən olduğunu söyləmişdir.
Koreya Respublikasının İKT sahəsində dünyanın aparıcı ölkələrindən biri olduğunu qeyd edən direktor əlaqələrin daha da möhkəmləndirilməsi, Koreya təcrübəsinin öyrənilməsi, bilikli, yaradıcı gənc kadrların hazırlanması və s. məsələlərin Azərbaycanda elmi-texniki sahədə aparılan siyasətin başlıca məqsədlərindən olduğunu vurğulamışdır.
Azərbaycan elminin inkişafı, beynəlxalq səviyyədə layiqincə təmsil olunması və digər məqsədlərə xidmət edən müvafiq dövlət proqramlarının qəbul olunduğunu bildirən R.Əliquliyev elmi-texniki sahədə ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.
İTİ-də prioritet elmi istiqamətlər üzrə aparılan tədqiqat işləri, elmi-innovasiya, tədris-innovasiya fəaliyyətinin təşkili haqqında Koreya nümayəndə heyətinə ətraflı məlumat verilmiş, Azərbaycan elminin dünya elminə inteqrasiyası prosesində mövcud problemlərə toxunulmuşdur.
Koreyalı qonaqlar Bilik İqtisadiyyatı Nazirliyi və İnformasiya Texnologiyalarına Dəstək Milli Agentliyində İKT-nin müxtəlif istiqamətlərini əhatə edən sahələr üzrə aparılan elmi araşdırmalar, həyata keçirilən layihələr haqqında məlumat vermişlər.
Görüşdə Koreyanın ölkəmizdəki səfirliyinin sənaye və energetika məsələləri üzrə attaşesi Ço Taek-Yeon iştirak etmişdir.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında