Energetiklər ulu öndərin xatirəsini yad etmişlər

 

 

 “Azərenerji” ASC-də ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Mərasim iştirakçıları öncə səhmdar cəmiyyətin inzibati binasında ulu öndərin büstü önünə əklil və gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etmişlər.

 Səhmdar cəmiyyətin akt zalında davam etdirilən tədbirdə çıxış edənlər bütün həyatı boyu  xalqına sədaqətlə xidmət göstərmiş Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə siyasi, iqtisadi, sosial və mədəni sahələrdə görülən işlər, əldə edilən nailiyyətlər barədə ətraflı danışaraq bildirmişlər ki, Azərbaycanda müstəqil enerji sisteminin fomalaşması, dövlətimizin enerji təhlükəsizliyinin təmin olunması ulu öndərimizin şərəfli adı ilə bağlıdır. Məhz onun şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 3500 MVt-a yaxın generasiya gücü işə salınmış, Azərbaycanın elektrik enerjisi sisteminin qonşu dövlətlərin enerji sistemləri ilə sıx əlaqəsi təmin olunmuşdur. Bu, həm də ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinə, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına şərait yaradan ciddi amillərdən biridir. 

Tədbirin sonunda müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin ölkəmizin elektrik enerji sisteminin inkişaf etdirilməsi üçün həyata keçirdiyi tədbirlərdən bəhs edən  film nümayiş olumuşdur.

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında