Bişkekdə ulu öndər ehtiramla yad olunmuşdur

 

 

 

Azərbaycanın Qırğızıstandakı səfirliyi Bişkekdəki Qırğız-Türk Manas Universitetində ulu öndər Heydər Əliyevin vəfatının onuncu ildönümü ilə əlaqədar böyük mərasim keçirmişdir.

Tədbirdə Qırğızıstan parlamentinin deputatları, ictimai-siyasi xadimlər, universitetin professor-müəllim heyəti, tələbələr, bu ölkədəki Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı sənədli film nümayiş etdirilmişdir.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna rolu haqqında məlumat vermişdir. O, ulu öndərin həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi illərdə əldə olunan uğurlardan danışmışdır. Ümummilli lider Heydər Əliyevin keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğunu diqqətə çatdıran səfir ulu öndəri dünya şöhrətli siyasi xadim, böyük nüfuza malik olan dövlət xadimi kimi xarakterizə etmişdir. Bildirmişdir ki, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olmuşdur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Azərbaycanın təşəbbüslərindən danışan səfir demişdir ki, BMT Təhlükəsizlik Şurası Ermənistan hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, məcburi köçkünlərin ev-eşiklərinə qaytarılması ilə əlaqədar dörd qətnamə qəbul etmişdir. Lakin işğalçı Ermənistan dövləti hələ də bu sənədləri yerinə yetirmir və bununla da dünya ictimaiyyətinə meydan oxuyur.

Uzun müddət dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında çalışmasından qürur duyduğunu deyən səfir, ümummilli liderin qırğız xalqına da xüsusi diqqət və qayğı ilə yanaşdığını dilə gətirmişdir. Diplomat bildirmişdir: “Ulu öndər Heydər Əliyev deyirdi: Manasın dili - bizim ümumi dilimizdir. Biz kökü bir, dili bir olan xalqlarıq”.

Qırğızıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, parlamentin deputatı Kurmanbek Dıykanbayev, Qırğızıstan Milli Elmlər Akademiyası Tarix və Mədəni İrs İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Ceniş Cunuşaliyev, SSRİ xalq artisti Bolot Şamşiyev, Qırğız-Türk Manas Universitetinin rektoru, professor Sebahaddin Balcı, Bişkekdəki “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, əməkdar hüquqşünas Əzizağa Əliyev və başqaları dahi rəhbər Heydər Əliyevin fenomen bir şəxsiyyət olmasından, onun təkcə Azərbaycan xalqı deyil, bütövlükdə türk dünyası qarşısındakı xidmətlərindən söhbət açmışlar.

Qırğızıstanın keçmiş dövlət katibi, tarix üzrə elmlər doktoru, professor Osmonakun İbraimov və xalq artisti Roza Amanova ulu öndər Heydər Əliyevin mədəniyyət, incəsənət xadimlərinə münasibəti, daim onları dəstəkləməsi haqqında danışmışlar. İctimai xadim Aydar Kerimkulov bildirmişdir ki, 1995-ci ildə “Manas” dastanının 1000 illik yubileyində iştirak edən Azərbaycanın o vaxtkı Prezidenti Heydər Əliyevi 3 gün ərzində müşayiət etmişəm. O demişdir ki, dahi şəxsiyyət Heydər Əliyevin mərasimdəki çıxışı, qırğız xalqı haqqında dedikləri bu gün də qulağımdadır.

Sonra mərasim iştirakçıları universitetin foyesində ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən kitab və fotoşəkillərdən ibarət sərgiyə baxmışlar.

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Bişkek

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında