Heydər Əliyev ideyaları: Azərbaycanın dünəninin, bu gününün və sabahının təminatı

Qafqaz universitetində "Heydər Əliyev ideyaları: Azərbaycanın dünəninin, bu gününün və sabahının təminatı" adlı anım tədbiri keçirilib. Anım mərasimində universitetin müəllim, tələbə heyyəti  ilə yanaşı millət vəkilləri də iştirak etmişdilər.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sukutla anılıb. Tədbiri giriş nitqi ilə açan Universitetin prorektoru Niftalı Qocayev Azərbaycan Tarixinə nəzər salaraq xüsusən 1988-91-ci illərdə baş verən hadisələrdə dahi şəxsiyyət Heydər Əliyevin rolundan danışıb. O bildirib ki, bu günümüz üçün ümummilli liderimizə  borcluyuq.

Sonra millət vəkili Məlahət Həsənova hələ sovet dövründə Azərbaycan dilinin, ədəbiyyatının, milli kimliyimizin, milli məfkurəmizin, təfəkkürümüzün, formalaşmasında və qorunmasında Ümummilli liderimizin əməyindən, müasir Azərbaycan dövlətini qurmasından, dünyada tanıtmasından danışıb. Geniş çıxış edən millət vəkili qeyd edib ki, Azərbaycan gəncləri bu həqiqətləri bilməli və daim yaşatmalıdırlar. O, Qafqaz universitetində yüksək səviyyədə təhsillə yanaşı tariximizin öyrədilməsinə diqqət yetirildiyini deyib. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsini  də xüsusi vurğulayıb.

Sonada Qafqaz universitetinin prorektoru professor Cihan Bulut  çıxışında ümummilli liderimizi rəhmətlə anaraq, "biz çox xoşbəxtik ki, belə bir dahinin övladlarıyıq" deyə vuğulayıb.

 

İbrahim Nizamioğlu, "Xalq qəzeti"

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında