Səbaillilərin ulu öndərə sonsuz ehtiramı

 

 

 

Azərbaycan Dövlət Filarmoniyasında Səbail rayon ictimaiyyətinin ümummilli lider Heydər Əliyevin xatirəsinə hərs olunmuş təntənəli anım mərasimi keçirilmişdir.

İştirakçılar ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Anım mərasimində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Vətən tarixindəki rolu barədə geniş məruzə ilə çıxış etmişdir. Natiq qeyd etmişdir ki, ulu öndərin əbədiyyətə qovuşmasından 10 il ötür. Hər il olduğu kimi, bu il də respublika ictimaiyyəti, xarici qonaqlar Fəxri Xiyabana gələrək Azərbaycanın baş ziyarətgahında ümummilli liderin məzarını ziyarət edir, xatirəsi qarşısında baş əyirlər.

Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas istedadı ilə fərqlənən ümummilli lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Azərbaycan üçün kifayət qədər mürəkkəb və ağır bir dönəmdə xalqına arxa olan ulu öndər Heydər Əliyev ölkənin son yarım əsrlik tarixində silinməz izlər qoymuşdur. Onun möhtəşəm fəaliyyəti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilmişdir.

İllər ötdükcə biz Heydər Əliyev dühasının müstəqil Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərindən dərk edir, bu dahi şəxsiyyətin siyasi əzəməti, beynəlxalq nüfuzu barədə təkrar-təkrar düşünməyə mənəvi ehtiyac duyuruq. Çünki bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.

Sonda bildirildi ki, əsası ulu öndər Heydər Əliyevin dərin zəkası və yorulmaz fəaliyyəti ilə qoyulmuş bu dayanıqlı inkişafı Prezident İlham Əliyev yetkin dövlət xadimi kimi məharətlə davam etdirir. Son 10 ildə o, milli ənənələri və geosiyasi özəllikləri nəzərə alaraq ölkəni iqtisadi yetkinlikdən demokratik təkamül məkanına bacarıqla transformasiya edir.

R.TAHİR, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında