Suraxanıda ulu öndər Heydər Əliyevin xatirəsi anılmışdır

 

 

 

Suraxanı rayonunda ulu öndər Heydər

Əliyevin xatirəsi anılmışdır. Rayon icra hakimiyyəti aparatının kollektivi və başçı yanında şura üzvləri əvvəlcə Heydər Əliyev Mərkəzini ziyarət etmişlər. Sonra  ictimaiyyət nümayəndələri rayondakı Heydər

Əliyev parkında dahi şəxsiyyətin abidəsini ziyarət etmiş və önünə tər güllər

qoymuşlar.

Suraxanıdakı Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə ümummilli liderin xatirəsinə həsr olunmuş “Tarixi yaradan şəxsiyyət - Heydər Əliyev” mövzusunda keçirilən konfransda isə tədbir iştirakçıları ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla  yad etmiş və adıçəkilən mərkəzin sifarişi ilə hazırlanmış “Tarixi yaradan şəxsiyyət – Heydər Əliyev” filminə baxmışlar.

Konfransda məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, ümummilli lider hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətlərilə unudulmaz izlər buraxmışdır. Hər birimiz qurur hissi keçirdirik ki,  bu dahi insanın  adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilmişdir. 

Ümummilli lider Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə dövlətin, cəmiyyətin mənafeyinə xidmət etmiş, Azərbaycan torpağının, dövlətinin, xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi,  xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görmüşdür.

Məhz bu dahi şəxsiyyətin ölkəyə rəhbərliyi sayəsində dövlətçiliyimiz xaos və böhran məngənəsindən çıxarılmış, vətəndaş müharibəsinin qarşısı alınmış, döyüş cəbhəsində məğlubiyyətlər seriyasına son qoyulmuş və atəşkəs rejiminə nail olunmuşdur.

Ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi və demokratik dövlət quruculuğu ulu öndərin  adı ilə bağlıdır.

İ. Abbasov xüsusi vurğulamışdır ki, bu gün ümummilli liderin şah əsəri olan müstəqil Azərbaycan Respublikası etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 10 il ərzində özünün milli dövlət quruculuğu  və idarəçiliyin növbəti şərəfli mərhələsini yaşayır. Bunun  nəticəsidir ki, 2013-cü il 9 oktyabr prezident seçkilərində möhtərəm dövlət başçımız cənab İlham Əliyev mütləq qələbə qazanmışdır. Bu seçkilər xalqımızın   Heydər Əliyev ideallarına sədaqətini, cənab İlham Əliyevin apardığı siyasətin uğurlarına ümumxalq inamını təcəssüm etdirir.

Məruzə ətrafında YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, rayon Ağsaqqallar Şurasının üzvü Məmmədağa Quliyev, BDU-nun tələbəsi, Ombudsman elçisi Nigar İbrahimova, Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllimi Sevda Nadirova, 141 nömrəli tam orta məktəbin müəllimi Ülviyə Kərəmova, 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının həkimi Xuraman Ağamoğlanova, 79 nömrəli tam orta məktəbin müəllimi Hökumə Şirinova çıxışlarında bildirmişlər ki, Heydər Əliyev müstəqillik yolunda ilk qədəmlərini atan Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik məsuliyyətini öz üzərinə götürərək xilaskarlıq və quruculuq missiyasını böyük şərəflə yerinə yetirməklə xalqımızın ən görkəmli şəxsiyyəti olaraq tarixdə silinməz iz qoymuşdur. Bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri ilə şəxsi hünər rəmzinə çevrilmişdir.

 

Vaqif BAYRAMOV,

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında