Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişlər

 

 

 

Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin vəfatından 10 il ötür.

Tarixin yetirdiyi nadir şəxsiyyətlərdən olan ulu öndər Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin qovuşuğunda Azərbaycan öz milli mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoymuşdur. Ümummilli lider Heydər Əliyevin zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır.

Ulu öndər Heydər Əliyev olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirməklə yanaşı, həm də Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiya olan Yeni Azərbaycan Partiyasının (YAP) banisidir.

Ümummilli liderin yaratdığı Yeni Azərbaycan Partiyası bu gün ölkənin aparıcı siyasi qüvvəsi olaraq respublikamızda YAP-ın sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən nəhəng quruculuq proseslərinin önündə gedir.

AzərTAc xəbər verir ki, ulu öndər Heydər Əliyevin vəfatının onuncu ildönümü ilə əlaqədar dekabrın 11-də Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri Fəxri Xiyabana gələrək ümummilli liderin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər güllər düzülmüşdür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında