Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri başa çatdı

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı sürətlə icra olunur.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovdan aldığımız məlumata görə, dünən Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində Ağstafa- Poylu mənzilində 317-cü kilometrin əsaslı təmiri başa çatmışdır.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin baş direktou Əli Əşrəf Lütfəlibəyov və  müvafiq qurumların rəhbərləri iştirak edirdilər.

Məlumat üçün bildirək ki, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilən əsaslı təmir işləri “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri tərəfindən həyata keçirilmişdir.  İlk  100-cü kilometrin təmiri 21 iyul 2012-ci ildə Mingəçevir stansiyasında, 200-cü   kilometrin əsaslı təmiri 8-15 mart 2013-cü ildə dəmir yolunun Qarabucaq-Müsüslü mənzilində həyata keçirilmişdir. Eyni zamanda, bu günə kimi  əsaslı təmir olunmuş 317 kilometrin 240 kilometri 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənmişdir.

Əsaslı təmir işləri İnfrastruktur Departamenti tərəfindən hazırlanan Bakı-Böyük Kəsik  istiqamətində nəzərdə tutulan kilometrlərin əsaslı təmir  ardıcıllığı siyahısına uyğun həyata keçirilirdi. Qeyd edək ki, bütün bu müddət ərzində yolların əsaslı təmiri prosesini Çexiyanın “İxrac” Bankının nəzarət qrupu müşahidə etmişdir.

Qabil ƏLİYEV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında