“Smart-kart” tipli su sayğaclarının quraşdırılması intensivləşir

 

 

Ölkə ərazizində içməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması və su itkilərinin qarşısının alınması məqsədilə “smart-kart” tipli  sayğacların quraşdırılması istiqamətində tədbirlər  davam etdirilir. 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti   mətbuat xidmətinin  məlumatına görə, cari ilin yanvar-noyabr aylarında ölkə üzrə 180 min abunəçi “smart-kart” tipli  sayğaclarla təmin edilmişdir. Bununla da 2012-ci ildən–bu tip sayğacların tətbiqinə  başlanıldığı vaxtdan indiyədək “Azərsu” ASC-nin xidmət idarələri və podratçı təşkilatlar tərəfindən quraşdırılmış sayğacların sayı 200 mini keçmişdir. Hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də  bölgələrdə “smart-kart” sayğacların quraşdırılması intensiv şəkildə davam etdirilir.

Quraşdırılmış sayğacların 140 minə qədəri Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron rayonunun payına düşür. Hazırda regionlarda içməli su təchizatı  və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələri çərçivəsində 60 mindən çox abunəçi “smart-kart” tipli  sayğaclarla təmin olunmuşdur.  Artıq Quba, Ucar, Zərdab, Lənkəran, Biləsuvar, İmişli, Hacıqabul, Tovuz, Ağstafa  və digər şəhərlərdə abunəçilər yeni tipli elektron sayğaclarından istifadə edirlər.

“Smart-kart” sayğaclarının əhali və qeyri əhali qrupu abunəçiləri üçün quraşdırılması paralel şəkildə aparılır. İndiyə qədər quraşdırılmış sayğacların 176 min ədədi əhali, 24 min ədədi isə qeyri-əhali qrupu abunəçilərinin payına düşür. Ümumilikdə mexaniki cihazlar da daxil olmaqla “Azərsu”   ASC üzrə abunəçilərin 53 faizi sayğacla təmin olunmuşdur. Təhlillər göstərir ki, “smart-kart” tipli sayğaclar quraşdırıldıqdan sonra su itkiləri azalmaqla yanaşı, satışın həcmi xeyli artmış, eyni zamanda,  həmin abunəçilər üzrə ödəniş 100 faiz təmin olunmuşdur.  Yeri gəlmişkən, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən  əhali qrupu istehlakçılarına ön ödənişli sayğacların quraşdırılması “Azərsu” ASC-nin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə “Azərsu” ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına həyata keçirilir.

M. YAQUBZADƏ,  “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında